Almaniya Danimarka ilə birgə layihə çərçivəsində Ukraynaya 10 Leopard tankı tədarük edib.
Bu barədə Almaniya KİV-ləri məlumat yayıb. Hərbi yardım paketinə həmçinin 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları (PUA), 8,5 min 155 mm-lik artilleriya mərmisi, “Leopard-2”, “Dachs” tankları və “Marder” piyada döyüş maşınları üçün 20 MG3 pulemyotu daxildir. Bildirilib ki, 3 HIMARS reaktiv buraxılış raket sisteminin Kiyevə tədarükü ilə bağlı hazırlıqlar həyata keçirilir.