Türkiyənin keçmiş xarici işlər naziri, ləğv edilmiş Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində Ankara Baş Prokurorluğu tərəfindən istintaq tədbirlərinə başlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, sabiq nazir virtual məkanda etdiyi paylaşımlarda ölkə prezidentinə qarşı təhqir məzmunlu fikirlər səsləndirməkdə ittiham olunur.