• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir

Dünya

7-07-2026, 16:52
Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir

Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra alovlanan Qətərə məxsus "Ər-Rekayyat" mayeləşdirilmiş təbii qaz (LNG) tankeri partlayış riski ilə üz-üzədir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına əsasən, gəmi ciddi şəkildə zədələnib və heyət üzvləri ərazidən təxliyə ediliblər. Tanker boğazın Oman sahilləri boyu hərəkət edərkən sol göyərtəsindən vurulub və bundan dərhal sonra fəlakət siqnalı verib.

"Reuters" xəbər verir ki, iyulun 7-nə keçən gecə baş tutan raket hücumu nəticəsində Səudiyyə Ərəbistanına məxsus xam neft tankeri də zərər görüb. Bundan əvvəl İranın IRIB teleradio yayım korporasiyası Qətər gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd etdiyini bildirib. Verilən məlumata görə, tanker dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün hücum hədəfinə çevrilib.

Liderxeber.az xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, sözügedən gəmi bir neçə dəfə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün ona atəş açılıb.

Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərindən 8 kilometr şərq istiqamətində bir tankerin vurulduğunu və nəticədə yanğın başladığını açıqlamışdı. UKMTO-dan verilən xəbərdə gəmi heyətinin heç bir zərər görmədiyi vurğulanıb.

09:08

Vaşinqton İranın iyulun 6-da Hörmüz boğazında yerləşən ticarət gəmilərinə ən azı iki raket atdığını ehtimal edir.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hücumlar Hörmüz boğazında zərbələrin dayandırılmasını nəzərdə tutan ABŞ və İran arasındakı bir həftəlik razılaşmanın müddəti bitdikdən sonra həyata keçirilib. Bildirilib ki, bu hadisə Vaşinqtonla Tehran arasındakı anlaşma memorandumunu təhlükə altına salır. Portal qeyd edir ki, ABŞ-nin İrandakı hədəflərə zərbələr endirərək cavab verməsi ehtimal olunur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını özündə əks etdirən anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenstok kurortunda Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar aparılıb. Birinci raundun yekunlarına dair Pakistan və Qətərin birgə bəyanatında vurğulanıb ki, İran və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət və konstruktiv şəraitdə baş tutub, ümidverici irəliləyiş əldə olunub və gələcək texniki məsləhətləşmələrin aparılması üçün müvafiq zəmin yaradılıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

4-04-2025, 17:30

Prezident “Gülüstan”​ sarayında iclasda iştirak etdi - Fotolar - Yenilənib

Dünya

6-04-2026, 17:22

Hörmüz boğazından gəmilərin keçidi müharibə dövrünün pik həddinə çatdı

Dünya

4-05-2026, 16:30

ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü

Ölkə
“M6” bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra
“M6” bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra
Xəzərdə zəlzələ oldu
Xəzərdə zəlzələ oldu
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı
Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı
Siyasət
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:59
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
21-08-2026, 11:40
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20-08-2026, 16:00
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
18-08-2026, 16:42
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
17-08-2026, 17:25
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
Onlar general-leytenant oldu - Sərəncam
17-08-2026, 12:15
Onlar general-leytenant oldu - Sərəncam
Xəbər Lenti
  • Dünən, 20:15
    İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
  • Dünən, 12:25
    “M6” bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra
  • Dünən, 09:25
    Xəzərdə zəlzələ oldu
  • Dünən, 09:12
    Ata və oğul uçurumdan yıxıldı, ana da özünü atdı
  • Dünən, 08:59
    Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
  • 21-08-2026, 17:46
    Vaşinqtonda beynəlxalq akademik əməkdaşlıqla bağlı konfrans keçirildi - Fotolar
  • 21-08-2026, 17:44
    Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
  • 21-08-2026, 16:55
    Məhəmməd Rüstəmli Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazandı
  • 21-08-2026, 15:06
    Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı
  • 21-08-2026, 14:56
    “Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur”
  • 21-08-2026, 14:25
    Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?
  • 21-08-2026, 13:59
    Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • 21-08-2026, 13:18
    Azərbaycan boksçusu Avropa çempionatının finalında
  • 21-08-2026, 12:40
    Sabah 40° isti olacaq
  • 21-08-2026, 12:00
    Uzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf
  • 21-08-2026, 11:40
    Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
  • 21-08-2026, 11:27
    Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
  • 21-08-2026, 10:02
    Qızılın qiyməti artıb
  • 21-08-2026, 09:44
    Azərbaycan cüdoçusu dünya çempionu oldu - FOTO
  • 21-08-2026, 09:34
    Portuqaliyada niqab qadağan edildi
  • 21-08-2026, 09:06
    Telefonlarımız bizi dinləyir?
  • 20-08-2026, 17:09
    Daha 34 ölkəyə vizasız gedə biləcəyik
  • 20-08-2026, 17:00
    Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - Sərəncam
  • 20-08-2026, 16:51
    “Bu kəndlər Ermənistan ərazisi deyil”
  • 20-08-2026, 16:29
    Bu Agentliyin Əsasnaməsi təsdiqləndi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə