Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Vnukovo, Domodedovo, Jukovskiy (Ramenskoye) və Şeremetyevo hava limanlarında təyyarələrin qəbuluna və uçuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir”, - məlumatda deyilir.