• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İran zənginləşdirilmiş uranla bağlı ABŞ-nin tələbini qəbul etdi

Dünya

28-02-2026, 09:14
İran zənginləşdirilmiş uranla bağlı ABŞ-nin tələbini qəbul etdi

“ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub”.

Liderxeber.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl Busəidi “CBS News”un “Face the Nation” proqramına müsahibəsində deyib.

“Sülh razılaşması əlimizdədir”, - son bir ayda Vaşinqton və Tehran arasında keçirilən bir neçə raund danışıqlarda vasitəçilik edən nazir bildirib.

“İran heç vaxt nüvə bombası yaradacaq materiala sahib olmayacağına razılaşıb və bu, böyük nailiyyət hesab olunur. İranın mövcud zənginləşdirilmiş uran ehtiyatları mümkün olan ən aşağı səviyyəyə qədər azaldılacaq, daha sonra yanacağa çevriləcək”, - vasitəçi vurğulayıb.

Əl Busəidi əlavə edib ki, razılaşmanın icrasına nəzarət məqsədilə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə nüvə obyektlərinə tam giriş veriləcək.

“Sıfır yığım, sıfır ehtiyat və tam yoxlama olacaq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ədalətli və davamlı saziş əldə olunarsa, müəyyən mərhələdə amerikalı müfəttişlərin də prosesə qoşulacağına tam əmindir.

Nazir ABŞ-nin mümkün hərbi zərbələrinin qarşısını almaq üçün kifayət qədər irəliləyiş əldə olunub-olunmadığı sualına “Ümid edirəm ki, belədir” cavabını verib, lakin bəzi texniki detallarla bağlı əlavə vaxta ehtiyac olduğunu qeyd edib. Texniki danışıqların bazar ertəsi Vyanada keçirilməsi planlaşdırılır. Əl Busəidi yaxın günlərdə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə də görüşə biləcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp isə daha ehtiyatlı mövqe nümayiş etdirib. O, danışıqların tempindən “məmnun olmadığını” deyərək, hələlik İrana qarşı zərbələrə icazə verib-verməyəcəyinə qərar vermədiyini bildirib. Tramp uranın zənginləşdirilməsinin tam dayandırılmasını tələb etdiyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl ölkəsinin dinc nüvə enerjisindən, o cümlədən, zənginləşdirmədən istifadə hüququ olduğunu demişdi.

Xatırladaq ki, İran 2015-ci ildə ABŞ və digər dövlətlərlə imzalanmış nüvə sazişi çərçivəsində zənginləşdirməyə məhdudiyyətlər qoymağa razılaşmışdı. Lakin Tramp ilk prezidentlik müddətində həmin razılaşmadan çıxmışdı.

Son illərdə İran uranı 60 faizə qədər zənginləşdirib. ABŞ kəşfiyyat orqanları isə ötən il İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etdiyinə dair sübut olmadığını bildirmişdi. Tehran nüvə silahı hazırlamaq niyyətini davamlı olaraq inkar edir.

Danışıqların əsas mövzusu İranın nüvə proqramıdır. ABŞ Dövlət Katibi Marko Rubio bu həftə İranın ballistik raket proqramını müzakirə etmək istəməməsini “böyük problem” adlandırıb.

Əl Busəidi isə bildirib ki, hazırda əsas prioritet nüvə məsələsinin həllidir, lakin İranın digər mövzuları da müzakirəyə açıq ola biləcəyinə inanır. Onun sözlərinə görə, hər iki tərəf razılaşmaya nail olmağa çox ciddi yanaşır və saziş yaxın vaxtlarda əldə edilə bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

26-02-2026, 10:08

“Həm müharibəyə, həm də sülhə hazırıq”

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Dünya

23-06-2025, 17:24

ABŞ-nin zərbələri İrandakı zənginləşdirilmiş uran ehtiyatlarına təsir etməyib

Ölkə

10-07-2024, 15:03

İranın dəyişməz xarici siyasəti - indi icraçı Məsud Pezeşkian olacaq

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Bu gün, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Bu gün, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Bu gün, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Bu gün, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Bu gün, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Bu gün, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Bu gün, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Bu gün, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Bu gün, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Bu gün, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Bu gün, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Bu gün, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Bu gün, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Bu gün, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Bu gün, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Bu gün, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Bu gün, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə