Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) ardınca İrana qarşı sanksiyaları qismən bərpa etmək qərarına gəlib.
Liderxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı açıqlamada yer alıb.
Məlumata görə, Şura bu gün İranın nüvə silahının yayılması ilə bağlı fəaliyyətinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirləri bərpa etmək barədə qərar qəbul edib.
Bildirilib ki, həmin qərar BMT Baş Assambleyasının İrana qarşı sanksiyalarının bərpa edilməsi ilə əlaqədar qəbul edilib.