• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür

Dünya

30-08-2025, 12:53
Avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür

Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur.

Liderxeber.az xatırladır ki, bu günün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 2007-ci il avqustun 30-da Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb.

Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək alıb və səbəbindən asılı olmayaraq, itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşdırılıb.

Problemin həssas və humanitar xarakterli olması nəzərə alınaraq, həmin dövrdə Birləşmiş Millətlər Təşkilatında (BMT) bu təşəbbüslə bağlı bir sıra müzakirələr və fikir mübadiləsi aparılıb. Aparılmış müzakirələrin və təhlillərin yekunu olaraq, BMT Baş Assambleyası tərəfindən 2010-cu il dekabrın 21-də qəbul edilmiş qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınıb.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onların taleləri haqqında məlumat yoxdur.

Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir.

2024-cü il avqustun 1-nə olan məlumatlara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Qeydiyyata alınan şəxslərdən 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, altı nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 968 nəfərdən 3202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, dörd nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-10-2024, 10:28

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Ölkə

30-08-2024, 10:01

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Ölkə

24-12-2024, 08:33

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə
Laçında daha üç SES tikilir - Video
Laçında daha üç SES tikilir - Video
Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
Bu ərazilərə yağış yağıb
Bu ərazilərə yağış yağıb
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Siyasət
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Dünən, 16:34
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Bayramov Əraqçi ilə danışdı
3-10-2026, 13:35
Bayramov Əraqçi ilə danışdı
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 12:03
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
3-10-2026, 09:05
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
2-10-2026, 17:24
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
2-10-2026, 15:21
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Xəbər Lenti
  • Bu gün, 11:26
    Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı
  • Bu gün, 10:51
    Laçında daha üç SES tikilir - Video
  • Bu gün, 10:37
    Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
  • Bu gün, 10:09
    Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
  • Bu gün, 09:54
    Bu ərazilərə yağış yağıb
  • Bu gün, 09:19
    Konqoda gəmilər toqquşdu - 30 nəfər öldü
  • Bu gün, 09:00
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dünən, 17:26
    Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
  • Dünən, 16:34
    Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
  • Dünən, 16:27
    “Vallah-billah, biabırçı vəziyyətdir...” - Video
  • Dünən, 15:47
    “Sabah”ın oyununa 45 min bilet satılıb
  • Dünən, 15:19
    Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
  • Dünən, 14:50
    Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
  • Dünən, 14:06
    Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
  • Dünən, 13:57
    Tibb üzrə Nobel mükafatı onlara veriləcək
  • Dünən, 12:50
    Sabah yağış yağacaq
  • Dünən, 12:00
    Əraqçi ilə Mirzoyan görüşdü
  • Dünən, 10:23
    Bermud adaları yaxınlığında yoxa çıxan təyyarənin 66 saatlıq axtarışları
  • Dünən, 10:06
    Prezidentlik uğrunda mübarizələri ikinci tura qaldı
  • Dünən, 09:34
    Saç, dəri və dırnaqlardakı dəyişikliklər nəyin əlamətidir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 09:00
    ABŞ hərbçilərinin bir hissəsi Avropadan köçürülür?
  • 3-10-2026, 14:06
    Sürət həddi endirilib - Sürücülərin nəzərinə!
  • 3-10-2026, 14:00
    Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
  • 3-10-2026, 13:40
    Toyuq əti bu səbəblərdən - Bahalaşır
  • 3-10-2026, 13:35
    Bayramov Əraqçi ilə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə