• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb - FOTO

Dünya

16-04-2025, 12:53
Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb - FOTO

İstanbulun simvollarından biri olan Ayasofya Məscidinin günbəzinin bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.

1486 illik tarixi ilə bəşər mədəni irsinin incilərindən sayılan bu tarixi məscidin, gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı bir layihə ilə yenidən canlandırılır. 

Liderxeber.az xəbər verir ki, Türkiyənin mədəni irsinin qorunması istiqamətində son illərdə həyata keçirdiyi saysız-hesabsız arxeoloji və bərpa layihələri sırasında Ayasofya xüsusi yer tutur. Son üç ildir davam edən bərpa prosesi çərçivəsində artıq bir çox mərhələ başa çatıb. İndi isə əsas diqqət Ayasofyanın tacı hesab edilən mərkəzi günbəzə yönəlib.

Davam etdirilən işlər günbəzin zəlzələyə qarşı daha davamlı hala gətirilməsini hədəfləyir. Maraqlısı odur ki, bu zaman abidənin daxili mozaika örtüyünə zərər gəlməməsi üçün bütün müdaxilələr yalnız xaricdən həyata keçiriləcək. Günbəzin üzərindəki qurğuşun örtüklər söküləcək, zədəlilər bərpa olunacaq, digərləri isə yenilənəcək.

Proses zamanı günbəzin üzəri mövsümi hava şəraitinə qarşı qorunmaq üçün xüsusi polad konstruksiya və yüksək keyfiyyətli örtüklə bağlanacaq. Eyni zamanda, günbəzin daxilindəki qədim mozaikaların qorunması da nəzərdə tutulur. Bunun üçün məscidin içində, 43,5 metr hündürlüyündə, dörd sütun üzərində dayanan polad platforma qurulacaq. Bu qurğu həm restavrasiya işlərinin təhlükəsizliyini təmin edəcək, həm də insanların ibadətlərinə davam etməsinə imkan yaradacaq.

Ayasofyanın bərpa prosesi çərçivəsində kompleksin şərq tərəfində 41 metr hündürlüyə və 60 metrlik qol uzunluğuna malik xüsusi qüllə kranının quraşdırılması planlaşdırılır. Bu kran məhz Ayasofya üçün xüsusi dizayn olunub və binadan uyğun məsafədə, təhlükəsiz şəkildə hərəkət və əməliyyat imkanı yaradır. Tikinti və bərpa işlərinin operativ və təhlükəsiz aparılması üçün bu mühüm texniki yenilik böyük rol oynayacaq. Günbəzdə, mozaikalarda və minarələrdə nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra müvəqqəti polad örtük, platforma və qüllə kranı söküləcək.
Layihə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir. Artıq Osmanlı padşahları III Mehmet, II Səlim və III Muradın türbələri, Sıbyan Məktəbi (ibtidai məktəb) və Mövakkithanə (namaz vaxtlarının hesablandığı otaq) kimi tarixi məkanlarda işlər tamamlanıb. Uzun müddət ziyarətə bağlı olan qalereya mərtəbəsi bərpa mərhələsindən sonra qapılarını yenidən ziyarətçilərin üzünə açıb.

Ən diqqətçəkən məqamlardan biri isə Ayasofya kompleksindəki bütün tikililərin 3D formatda sənədləşdirilərək rəqəmsal sistemə köçürülməsidir. Bu texnologiya sayəsində Ayasofyanın "rəqəmsal əkizi" yaradılıb – bu, gələcəkdə onun qorunması və öyrənilməsi baxımından mühüm bir addımdır.

Ayasofya: İstanbulun Qədim İmperiyalarına Həsr Olunmuş Abidə
İstanbulun tarixi siluetində əzəmətlə yüksələn Ayasofya, 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Təqribən 1500 il əvvəl xristian bazilikası kimi inşa edilən bu möhtəşəm tikili ilk dövrlərdə “Müqəddəs Hikmət Kilsəsi” adı ilə tanınıb və inşa edildiyi dövrdə xristian aləminin ən önəmli dini məbədi hesab olunub.

Osmanlı sultanı II Mehmed İstanbulun fəthindən sonra Ayasofyanı məscidə çevirdi. Binanın içindəki qızılı mozaikalar və freskalar zərif islam ornamentləri və naxışlarla örtüldü. Sonrakı dövrlərdə müxtəlif vaxtlarda Ayasofyanın əzəmətli günbəzli strukturu dörd minarə ilə tamamlandı.

Osmanlı sultanı II Səlim Ayasofyanın qərb tərəfindəki iki minarənin tikintisini dövrünün dahi memarı – Memar Sinana həvalə etmişdi. Lakin bu layihə sadəcə minarələrlə yekunlaşmadı. Ayasofyada zamanla müşahidə olunan konstruktiv zəiflikləri nəzərə alan Sultan, Sinana həm də binanı bərpa etməyi əmr etmişdi.

Sinan bu tarixi abidəyə sadəcə minarə əlavə etməklə kifayətlənmədi – o, binanın dayanıqlığını artırmaq üçün mühüm konstruktiv gücləndirmə işləri həyata keçirdi. Ayasofyanı dəstəkləyən bindaş divarlar və digər mühəndislik tədbirləri sayəsində bu memarlıq möcüzəsi əsrlər boyu baş vermiş güclü zəlzələlərə sinə gərməyi bacardı.
Bu gün də Ayasofya həm Bizansın dini mirasını, həm də Osmanlının mühəndislik dahisini özündə birləşdirən bənzərsiz bir mədəniyyət simvolu olaraq İstanbulun qürur mənbəyi kimi varlığını davam etdirir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

23-12-2024, 12:27

Türkiyə memarlığının şah əsərləri: Memar Sinanın tikdiyi 77 məscid

Ölkə

23-05-2024, 15:38

"Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda beynəlxalq konfrans işə başlayıb

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Bu gün, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Bu gün, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Bu gün, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Bu gün, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Bu gün, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Bu gün, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Bu gün, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə