• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Stilist: "Azərbaycanda insanların dəb barədə bir çox şeydən xəbəri yoxdur"

Cəmiyyət

22-06-2024, 15:15
Stilist: "Azərbaycanda insanların dəb barədə bir çox şeydən xəbəri yoxdur"

Bizim bloqerlər dünya standartlarının yanında belə deyillər".

Bunu Liderxeber.az xəbər verir ki, bunu 0xu.az-a müsahibəsində modelyer-stilist Murad Vəliyev deyib. Onunla müsahibəni təqdim edirik:

Murad bəy, gündəlik həyatda düzgün və dəbli geyinmək üçün nələrə diqqət yetirməliyik? İnsanların ən çox yol verdikləri yanlışlar nələrdir?- Gündəlik həyatda dəbli görünmək üçün stil sahibi olmalısınız. Qarderobunuz ahəngli olmalıdır. Sevdiyiniz əşyalar bir yerdə cəmləşməlidir. Onlar arasındakı uyğunluq sizin gündəlik həyatınızı əks etdirməlidir.- Son illər dəbdə olan geyimlərə baxdıqda hər kəs deyir ki, əvvəlki stil geri qayıdır. Bəs siz bu işin peşəkarı olaraq nə düşünürsünüz?- Dəb, ümumiyyətlə, alqoritmik olaraq daim özünü təkrarlayan bir sahədir. Yəni dizaynerlər daim əvvəlki nəsillərdən, qərinələrdən ilhamlanırlar. Günümüzdə insanların hər şeydən tez-tez istifadə etməsi ilə əlaqədar olaraq bütün trendlər tez tükənir.- Ötən illə müqayisədə bu yay dəb deyəndə nə yada düşəcək? Hansı rənglər, geyim üslubları, biçimlər, parçalar dəbdə olacaq?- Bu il ağ rəng və çalarları dəbdə olacaq: krem, fil dişi, bej. Eləcə də açıq çəhrayı, albalı, zoğalı, dolğun göy çalarları dəbdə olacaq.Forma olaraq yüksək belli və gen şalvarlar öz aktuallığını qoruyur. "Polo", "Mod subculture" stilləri dəbə qayıdır. Ətəklərdə isə heç kimin gözləmədiyi yeni bir stil olacaq - şəffaf ətəklər.- Cırıq şalvarlarla kroplar artıq neçə ildir ki, gənclərin qarderobundan çıxmır. Sizcə, bu dəb hesab oluna bilərmi?- ⁠Bəli, tam olaraq bu trend hazırda tüğyan edən 1990-ların modasından xəbər verir. O vaxtların qranj, post-pank tərzləri yenidən heç olmadığı qədər dəbdədir. Y2K (year 2k və ya year 2000) və opium stilləri kimi geri dönüşləri var.- Bəzən sosial şəbəkələrdə açıq geyinən xanımlara qarşı tənqidi fikirlər səsləndirilir. Sizcə, dəbli olmaq üçün açıq geyim nə dərəcədə önəmlidir?

- Ümumiyyətlə, meta-modernizm dövründə yaşayırıq. Qloballaşan dünyanın və müasir Azərbaycanın sakinləriyik. Hamı istədiyini geyinməkdə azaddır. Dəbin heç bir qaydası yoxdur. Əgər seçilən əşyalar bir-birinə uyğundursa, şəxsin öz həyat tərzini əks etdirirsə, məncə, kənardakı insanlar fikirlərini özlərinə saxlamalıdırlar. Hamı öz həyatını yaşamalıdır.


- Sosial şəbəkənin artan populyarlığı səbəbindən bloqerlərin də sayı artıb. Sizcə, geyim məsələsində bloqer və inflüenserlərimiz nə dərəcədə inkişaf ediblər?

- Çox təəssüf ki, bizim inflüenserlərimizin bir çoxu hələ də çox sadə bir geyim zövqünə sahibdir. Ümid edirəm, gələcəkdə daxili rəqabət və ya hansısa digər bir başqa səbəbdən bu hadisə tam əks və yaxşı istiqamətdə inkişaf edəcək. Amma hələ ki bizim inflüenserlər dünya standartlarının yanında belə deyillər.

- Bəs sizcə, Azərbaycanda şou-biznes sahəsində ən yaxşı geyinən kimdir?

- Bloqerlərə aid olan fikirlərim, düşünürəm ki, musiqiçilərimizə də aiddir. Aygün Kazımova, Röya Ayxan, Hiss və Tünzalə Ağayeva favoritlərimdir. Tünzalə xanımın moda bilgisi bu sahədə onu, məncə, digərlərindən bir addım qabağa salır.

- Şalvarların ətəyinin qatlanması hələ də dəbdən düşməyib.

- Bu, məncə, stildə əldə olunmağa çalışan təbiiliklə əlaqəlidir. Rahat olmaq "cool" olmağa bərabərdir. Çox əziyyət çəkmədən o ideal görüntüyə sahib ola bilmək özü möhtəşəm bir qabiliyyətdir. Və əgər burada şalvarı qatlamaq bizə kömək edirsə, nə gözəl.

- Azərbaycanda insanların 90 faizinin köhnə italyansayağı stildə geyindiyini deyirlər. Lakin bundan xəbərləri yoxdur. Siz nə düşünürsünüz?

- ⁠Ümumiyyətlə, Azərbaycanda insanların dəb barədə bir çox şeydən xəbəri yoxdur. Moda da bu siyahıya daxildir. Ucuz köynəklər və dəxlisiz cinslərin kombini köhnə italyan stili demək deyil. Ümid edirəm, daim lüks görüntüyə aşiq olan insanlarımız bu stilin əsas təməlinin keyfiyyət olduğunu bir gün anlayacaqlar.

- Bu yay geyimlərdə ətək, şort, yoxsa şalvar daha çox üstünlük təşkil edəcək?

- Xalqımızın əxlaqi dəyərlərini nəzərə alıb hərzamankı kimi şalvar olacağını düşünürəm.

- Kişilər və qadınlar, əsasən, nə cür geyimlərə üstünlük versinlər?

- Gündəlik və sport üslubu şəhər həyatı üçün ideal seçim olardı.

- Yayda hansı parçalara üstünlük veriləcək?

- Rahatlığı təmin edən və təbii tərkibi daha çox olan parçalara üstünlük verilir.

- Azərbaycanlıları dəbli hesab etmək olarmı?

- Azərbaycanlıları baxımlı hesab etmək olar, dəbli yox.

- Moda ilə yaxından maraqlanan insanlara məsləhətiniz nələrdir?

- Modanı həyat tərzi olaraq görsünlər. Əyləncə və ya 9:00-18:00 rejimli iş kimi baxmaq lazım deyil.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Cəmiyyət

25-05-2024, 18:52

Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Dünən, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dünən, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dünən, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Dünən, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Dünən, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə