• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanlı sosial media fəalları Fransanın ədalətsiz hərəkətləri ilə bağlı bəyanat yayıb

Cəmiyyət

27-05-2024, 21:05
Azərbaycanlı sosial media fəalları Fransanın ədalətsiz hərəkətləri ilə bağlı bəyanat yayıb

Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə Bəyanat yayıb.

Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir: "Özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir. Biz beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq. Bizim XXI əsrdə Fransanın neokolonializm siyasətinə qarşı etirazımız müxtəlif xalqların davamlı istismarı və onların əsarətdə saxlanılması ilə bağlıdır. Fransanın yürütdüyü bu siyasət, o cümlədən iqtisadi istismar və siyasi müdaxilə onun müstəmləkəçilik düşüncəsini davam etdirdiyini göstərir. Biz aşağıdakı məsələlərə qarşı etirazımızı bildiririk:

1. Fransanın digər ölkələrin resurslarını istismar edən iqtisadi siyasəti;

2. Həmin xalqların suverenliyinə xələl gətirən siyasi müdaxiləsi;

3. Regionlarda sabitliyi pozan separatçı hərəkatlara dəstək verməsi.

Biz sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin (VIGINUM) rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim fərdi təhlükəsizliyimizə, peşəkar nüfuzumuza və ifadə azadlığımıza ciddi təsir göstərdi. VIGINUM-un qərəzli ittihamlarından sonra bizə qarşı sosial şəbəkələrdə koordinasiyalı şəkildə təzyiqlər və təhdidlərlə başlanıldı. Bizim sosial şəbəkə hesablarımızın qeydiyyatı zamanı təqdim etdiyimiz məlumatlarımızın məqsədli şəkildə ictimailəşdirilməsi fərdi təhlükəsizliyimizi təhdid altında qoyub. Fransanın dövlət qurumlarının bu addımları peşəkar imicimizə xələl gətirib, bizə mənəvi zərbələr vurub və ləyaqətimizin alçaldılmasına yol verib. Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur. Xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır. Hər iki ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir zamanda, vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır. Bundan başqa, Fransa azərbaycanlılara və türklərə qarşı cinayət törətmiş şəxsləri sığınacaqla təmin edir. Separatçı hərəkatlara və terrorçulara verilən bu dəstək Fransanın sülh və ədalətə sadiqliyinə birbaşa ziddir. Biz beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər. Fransanın yanlış hərəkətlərini ifşa edən səslərin boğulmasını pisləmək və bununla bağlı qanuni tədbirlər görmək vacibdir. Beynəlxalq ictimaiyyət söz və ifadə azadlığı, digər ölkələrin işlərinə qarışmamaq prinsipi kimi əsas dəyərləri sarsıdan hər bir ölkəyə qarşı çıxmalıdır. Bu dəyərlər sivil dünyanın ayrılmaz hissəsidir, dünyada sülhün və ədalətin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatlar Fransanın bu hərəkətlərinə qarşı sərt mövqe tutmaqla həm ali dəyərlərə sadiq olduqlarını bir daha təsdiqləyə, həm də heç bir ölkəyə ədalətsizliklə mübarizənin qarşısına sədd çəkməyə imkan verilməyəcəyini nümayiş etdirə bilərlər”.  Bəyanatı İslam Bafadarov, Sərvaz Abbasov, Anar Qazıyev, Fatimə Şıxıyeva, Elməddin Behbud, Ayşən Aslan Məmmədli, Samirə Talıbova, Tacəddin Gözəlov, Aygün Cəlilzadə və Fəridə Əyyubova imzalayıblar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Dünya

27-05-2024, 06:19

The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Media

13-12-2023, 10:19

Mətbuat Şurası Fransanın azərbaycanlı jurnalistlərə qarşı kampaniyasını pisləyib - BƏYANAT

Ölkə
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 11:23
    Bu istiqamətdə əlavə qatar reysləri olacaq
  • Bu gün, 10:51
    Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
  • Bu gün, 10:30
    Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
  • Bu gün, 10:00
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 09:48
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • 31-10-2026, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • 31-10-2026, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
  • 30-10-2026, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • 30-10-2026, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 30-10-2026, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • 30-10-2026, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • 30-10-2026, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə