Azərbaycan Respublikası Ali Məhkəməsində Rəqəmsallaşma Yol Xəritələri çərçivəsində əməkdaşların kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının gücləndirilməsi məqsədilə silsilə kibergigiyena təlimlərinə start verilib.
Təlimlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberCollab” layihəsi çərçivəsində təşkil olunur.
Layihəyə Ali Məhkəmənin 300-ə yaxın əməkdaşının cəlb edilməsi nəzərdə tutulub. Təlim proqramı Ali Məhkəmənin müxtəlif hədəf qruplarını əhatə edir və əməkdaşların fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi hazırlanmış məzmun əsasında keçirilir.
Təlimlər iştirakçılara müasir kibertəhlükəsizlik çağırışlarını daha yaxşı anlamaq, rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərini artırmaqla yanaşı, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının icrası üzrə Tədbirlər Planının 8.4.6-cı bəndinin icrasına xidmət edir.