Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.
Liderxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.