• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Birinci vitse-prezidentin rəhbərliyi bu sektora böyük maliyyə ayrılmasını gücləndirəcək”

Siyasət

27-02-2026, 16:47
“Birinci vitse-prezidentin rəhbərliyi bu sektora böyük maliyyə ayrılmasını gücləndirəcək”

“Süni intellekt üzrə idarəetmə Birinci vitse-prezident səviyyəsinə keçdi. Nəhayət ki, rəqəmsal sektorda koordinasiya ilə bağlı uzun müddətdir gözlənilən sənədlər qəbul edildi və sektorda bu işlərə kimin rəhbərlik edəcəyi dəqiqləşdi”.

Liderxeber.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O, uzun illər müzakirə predmeti olan sektorun koordinasiyası məsələsinin institusional həllini tapdığını qeyd edib: “Bu gün rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Eyni zamanda 2026-2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqi haqqında Sərəncam qəbul olunub. Əlbəttə, bunlar cari ayın əvvəli Prezident yanında keçirilən müşavirənin məntiqi davamıdır.

Bu qərarlar bir neçə mühüm suala aydınlıq gətirdi. Uzun illər müzakirə predmeti olan sektorun koordinasiyası məsələsi, nəhayət, institusional həllini tapdı. Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun sədrliyinin Birinci vitse-prezident Mehriban Əliyevaya həvalə edilməsi göstərir ki, rəqəmsallaşma ən yüksək icra səviyyəsinə qaldırılır. Bu, sahəvi və pərakəndə yanaşmadan çıxaraq dövlət miqyasında mərkəzləşdirilmiş idarəetmə modelinə keçid deməkdir”.

O.Gündüz əlavə edib ki, baş verənlər həm də onu göstərir ki, ümumiyyətlə bu sektora hökumətin ənənəvi baxışları kəskin dəyişib: “Adi halda gözlənti bu ola bilərdi ki, Şuraya sahə üzrə Prezidentin köməkçisi rəhbərlik etsin. Lakin görünən odur ki, ali hakimiyyət sektorun inkişafını artıq daha geniş strateji çərçivədə qiymətləndirir. Xüsusilə süni intellekt sahəsində regionda və dünyada gedən sürətli proseslər, dövlətlərarası rəqabətin məhz texnologiya üzərindən qurulması və rəqəmsal suverenlik məsələsinin aktuallaşması bu qərarın arxasında duran əsas motivlərdən biri kimi görünür.

Fəaliyyət Planı 5 prioritet istiqamət (rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəszilik və idarəetmə) üzrə qurulub və hər istiqamətdə “sahəsində fəaliyyətin təkmilləşdirilməsi” nəzərdə tutulur. Bu isə mövcud ekosistemin kosmetik yox, sistemli şəkildə yenilənməsi deməkdir. Düşünmək olar ki, mövcud ənənəvi yanaşmalar dəyişəcək, tənzimləmə təkmilləşəcək, paralel platformalar aradan qaldırılacaq, vahid arxitektura modelinə keçid olacaq və idarəetmə sərtləşdiriləcək”.

Ekspert Fəaliyyət Planının yetərincə konkret olduğunu bildirib: “Plan çərçivəsində 50-dən çox konkret tədbir müəyyən edilib və hər biri üzrə əsas icraçı qurum, digər iştirakçılar, icra müddəti və ölçülə bilən nəticə göstəriciləri təsbit olunub. Bu, məsuliyyətin konkretləşdirilməsi deməkdir. Maraqlı və diqqətçəkən məqam həm də odur ki, RİNN-in adı əsas icraçı qurum olaraq çox yerdə gözə dəyir.

Maliyyələşmə mexanizmi də ayrıca qeyd olunub - dövlət büdcəsindən konkret vəsait ayrılması, ayrıca sətirlə nəzərdə tutulması və rüblük hesabat mexanizmi tətbiq ediləcək. Bu isə Planın deklarativ sənəd deyil, icrası ölçüləcək real proqram olduğunu göstərir”.

O.Gündüzün sözlərinə görə, Şuranın tərkibinə iqtisadiyyat, maliyyə, elm və təhsil, ədliyyə, Mərkəzi Bank və Dövlət Neft Fondu kimi qurumların daxil edilməsi də təsadüfi deyil: “Bu, rəqəmsallaşmanın artıq təkcə İKT və texnologiya məsələsi olmadığını göstərir. Söhbət yeni dövlət arxitekturasından, milli rəqabət qabiliyyətindən, rəqəmsal suverenlikdən və iqtisadi modelin transformasiyasından gedir.

Düşünürəm ki, burada əsas məqsəd rəqəmsal sahədə pərakəndəliyi aradan qaldırmaq və vahid, mərkəzləşdirilmiş idarəetmə modelinə keçməkdir. Bu da indiki məqamda çox vacib addımdır.

Rəqəmsal transformasiyaya, koordinasiyaya Birinci vitse-prezidentin rəhbərliyi, şübhəsiz ki, bu sektora böyük maliyyə və resursların ayrılmasını, layihələrin sürətini və icra intizamını gücləndirəcək. Nəticədə isə dövlət xidmətlərinin keyfiyyəti yüksələcək, xüsusən də süni intellekt və rəqəmsal infrastruktur üzrə ölkənin rəqabət qabiliyyəti xeyli güclənəcək”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

6-01-2026, 16:43

Süni qida və ailə büdcəsi

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Siyasət
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Xəbər Lenti
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə