• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olundu

Siyasət

8-10-2025, 09:21
BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olundu

Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində “Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri” adlı sessiyada çıxış edib.

Liderxeber.az xəbər verir ki, səfir Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərə verdiyi töhfədən, mövcud təşəbbüslərindən və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb:

“Azərbaycan qlobal antiterror səylərinə fəal qoşulub və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, terrorizmə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkün ola bilər”.

T.Musayev çıxışında 2023-cü ildə təsis olunan Bakı Təhlükəsizlik Forumu və onun iş fəaliyyəti barəsində üzv ölkələrin nümayəndələrinə məlumat verib. O bildirib ki, forum dünyanın müxtəlif regionlarından təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələrini bir araya gətirərək, terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir:

“Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Burada müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək, terrorizmlə mübarizədə koordinasiyanı gücləndirmək üçün fikir mübadiləsi aparır”.

Səfir həmçinin, Azərbaycanın uzun illər ərzində xaricdən yönəldilən terror fəaliyyəti və işğal dövründə ərazilərində baş verən qanunsuz əməliyyatlarla üz-üzə qaldığını xatırladıb:

“Azərbaycan uzun müddət ərzində xarici qüvvələr tərəfindən təşkil olunan terror aktlarına və işğal altında olan ərazilərində baş verən qanunsuz silah və resurs ticarətinə məruz qalıb. Bu, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən məsələdir”.

Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya himayədarlıq hallarına yol verilməməli, radikallaşma və nifrət zəminində yaranan ekstremizmə qarşı təhsil və dialoq vasitəsilə mübarizə aparılmalıdır:

“Terrorçulara münasibətdə cəzasızlıq halları yolverilməzdir. Biz gənclərin sülh, tolerantlıq və qarşılıqlı anlaşma ruhunda tərbiyəsini gücləndirməliyik ki, radikallaşmaya qarşı davamlı immunitet formalaşsın”.

Sonda səfir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin bütün formalarına qarşı mübarizəni davam etdirəcək, cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq hüquqi mexanizmlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə illik Bakı Təhlükəsizlik Forumunu təsis edib. Forum müxtəlif ölkələrin kəşfiyyat və təhlükəsizlik xidmətlərinin nümayəndələrini bir araya gətirərək, ortaq maraq və narahatlıq doğuran məsələləri, xüsusilə də antiterror sahəsində qurumlararası əməkdaşlığı müzakirə etmək üçün platforma rolunu oynayır. Üçüncü Forum ötən ay keçirilib. Tədbirdə təxminən 90 ölkədən yüksək rəsmilər iştirak edib və əsas diqqət humanitar böhranların və terror aktları, silahlı münaqişələr zamanı insan tərəfindən törədilən fəlakətlərin qarşısının alınması üzrə beynəlxalq əməkdaşlığa yönəlib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Dünən, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Dünən, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə