• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Solovyov yenə çərənlədi: Rusiya təxribatçının ağzını niyə yummur?

Siyasət

26-08-2025, 14:52
Solovyov yenə çərənlədi: Rusiya təxribatçının ağzını niyə yummur?

Rusiyanın media məkanında baş təbliğatçılardan biri olan Vladimir Solovyov növbəti sərsəm bəyanatla çıxış edib.

O, aparıcısı olduğu televiziya proqramında rusiyalı politoloq Sergey Markovun guya xarici kəşfiyyatla əlaqəli olduğunu iddia edərək onun həbs edilməli olduğunu bildirib. Solovyov Markovun adını çəkməsə də, onu dolayısı ilə "Azərbaycanın agenti" adlandırmaqla bir daha Azərbaycanı hədəf alıb. Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən bütün "xarici təsir agentləri" zərərsizləşdirilməlidir. Vladimir Solovyovun bundan əvvəl də dəfələrlə Kremlin sifarişi ilə çirkin ağzını ölkəmiz əleyhinə açıb çərənlədiyini nəzərə alsaq, onun bu çıxışının da növbəti təbliğat təzahürü olduğunu deyə bilərik.

Onun Sergey Markovu "Azərbaycan agenti" kimi təqdim etməsi isə nəinki sübutlardan uzaq, hətta açıq-aşkar məsuliyyətsiz bir ittihamdır. Ən əsası isə onun Markov üzərindən yenə də bəhanə tapıb Azərbaycanı hədəf alması ölkəmizə qarşı sistemli qərəzin davamıdır.

Siyasi ritorikasında sərsəm və populist çıxışları ilə tanınan Solovyov bu dəfə də arqumentsiz ittihamlarla qonşu dövlətləri gözdən salmağa çalışsa da, əslində, özünü və ölkəsini ifşa edir. Çünki bununla Rusiyada fikir müxtəlifliyinə olan dözümsüzlüyü və medianın siyasi alətə çevrilməsini göstərir.

Mövzu ilə bağlı Liderxeber.az-a danışan politoloq Tofiq Abbasov hesab edir ki, Solovyov, onun həmfikiri Yevgeni Satanovski, Sergey Karnauxov və bir neçə onların ətrafında olan digərləri var ki, açıq-aşkar islamofob, türkofob mövqe nümayiş etdirirlər:

"Həm də bunların beynəlxalq sağçı, millətçi və dini radikallarla əlaqələri var. Onlar islam dini və türk dünyası ilə müharibə vəziyyətindədirlər və düşmənçiliklərini də gizlətmirlər. Biz dəfələrlə Rusiyanın dövlət kanallarının efirlərində bunun şahidi olmuşuq ki, onlar subyektiv mövqedən çıxış edərək, hətta çalışırdılar ki, Rusiya dövlətinin maraqları ilə alver etsinlər, Türkiyə, Azərbaycan və digər islam və türk dövlətləri ilə münasibətləri gərginləşdirsinlər. Bu, açıq-aşkar görünən bir trend idi və indiyə qədər də öz qüvvəsini saxlayır. Mən burada günahı daha çox Rusiya dövlət kanallarını nəzarətdə saxlayan qurumlarda görürəm. Çünki bu, onların səhvidir. Gərək belə özbaşına, hədyan siyasətin efirdə təbliğinə imkan verməsinlər. Görünür, Solovyov korporativ şəkildə belə bir mövqe qazanıb ki, istədiyini edir, özbaşınalığa yol verir. Amma əlbəttə ki, bunun axırı yaxşı olmayacaq".

"Sergey Markov isə özünəməxsus intellektual bir insandır. O, Azərbaycanla dostluq münasibətlərini gizlətmirdi, çünki burada qəbahət də yoxdur. Sadəcə, Solovyov özü muzdlu olduğundan çalışır ki, günahını ört-basdır edib bütün məsuliyyətsizliyini Markov kimi şəxslərin üzərinə atsın. Bu isə sözün əsl mənasında ideoloji təxribatdır. Düzdür, Rusiya orqanları Markovu xarici agent elan ediblər, guya o, başqa dövlətin maraqlarını Rusiya daxilində müdafiə edir, amma Solovyov gərək belə məsələlərin hamısında sussun. Çünki vaxtilə o, İrana dair də çox təhqiramiz ibarələr işlədir, ayətullahların rejimini pisləyirdi. Sonra ona qulaqburması verdilər və birdən başladı İranı tərifləməyə. Halbuki onun qəlbində İrana qarşı olan nifrət sionizm nifrəti ilə bilavasitə əlaqəli idi. Satanovski də bu məramda idi. Bunların ikisinə də, xüsusilə Mariya Zaxarova qulaqburması verdi. Satanovskini isə ümumiyyətlə efirlərdən uzaqlaşdırdırlar. Amma ekspert kimi onlar fəaliyyətlərini davam etdirirlər və baxışları da dəyişməyib", - ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bu təbliğat bütün təfərrüatı ilə bizə çoxdan məlumdur:

"Yəni Solovyovlar Azərbaycan dövlətinin, Türkiyənin, islam dünyasının düşmənləridir. Onlar öz mövqelərindən sui-istifadə edərək Rusiya dövlətinin televiziya kanallarını, demək olar ki, kooperativ platformalarına çeviriblər. Bu isə yolverilməzdir və Rusiya dövləti gərək bu məsələlərlə bağlı birinci öz xalqına hesabat versin ki, niyə belə bir biabırçılıq bu ölkədə yer alır? Əgər həqiqətən də, Rusiya yüksək səviyyədə Azərbaycanla münasibətlərini qoruyub-saxlamaq istəyirsə, gərək jurnalist adını daşıyan idbar şəxslərə imkanlar verməsin ki, onlar insanların ovqatını təlx etsinlər və insanlar arasında, xalqlar arasında nifaq salsınlar. Amma onlar bunu edirlər və bunun qarşısı alınmalıdır", - deyə ekspert fikrini yekunlaşdırıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Media

25-03-2024, 15:35

Mətbuat Şurası Solovyovun “Crocus”dakı terrorla bağlı Azərbaycanı hədəfə almasını pisləyir

Ölkə

30-05-2024, 17:59

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Mərkəzi Banka yeni səlahiyyət verilir
Mərkəzi Banka yeni səlahiyyət verilir
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
Siyasət
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xəbər Lenti
  • Bu gün, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Bu gün, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Bu gün, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Bu gün, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə