• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ermənistanda iğtişaş anonsu: Qərbə inteqrasiya İrəvanı Gürcüstanla eyni aqibətə sürükləyir?

Siyasət

7-05-2025, 15:59
Ermənistanda iğtişaş anonsu: Qərbə inteqrasiya İrəvanı Gürcüstanla eyni aqibətə sürükləyir?

İrəvan hökuməti 2025-ci il yanvarın 9-da "Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyəndən sonra mövcud hakimiyyət prosesi sürətləndirmək üçün müxtəlif addımlar atır.

Bunun nəticəsi olaraq fevralın 11-də Ermənistan parlamenti qanun layihəsini ilk oxunuşda qəbul edib. Əbəs deyil ki, artıq Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil edilib. Lakin Ermənistan əhalisinin 36.7%-i ölkənin Avropa İttifaqına üzvlük məsələsində heç bir perspektivi olmadığını hesab edir. Bu, keçirilən sorğu nəticəsində məlum olub. Eyni zamanda, sorğulananların 37.1%-lik hissəsi hələ də İrəvanın Aİ üzvlüyünə inanır. Bu isə quruma üzvlüklə bağlı xalq arasında yekdil fikir olmadığını və demək olar ki, bərabər sayda fikir ayrılığını göstərir. Bu cür paradiqma isə adətən ölkələrdə yeni iğtişaşların baş verməsi ilə nəticələnir. Nümunə üçün qonşu ölkə Gürcüstanı göstərə bilərik. Son olaraq bu ölkədə məhz Qərbə inteqrasiya ilə bağlı əhali arasındakı fikir ayrılığı nəticədə ölkəni günlərlə ağuşuna alan aksiyalarla nəticələndi və Gürcüstan üçün ciddi problemlərə yol açdı. Bəs, eyni aqibət Ermənistanı da gözləyə bilərmi?

Mövzu ilə bağlı Liderxeber.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva hesab edir ki, Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük haqqında qanun layihəsini təsdiqləməsi və sonradan Milli Assambleyada bu layihənin qəbul olunması, ölkənin xarici siyasətində strateji xəttin Qərbə doğru istiqamətlənəcəyinə dair hökumətin niyyətini ifadə edir:

"Bu qərar baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi administrasiyanın son illərdə tətbiq etdiyi qərbyönümlü strategiyanın məntiqi davamıdır. Lakin bunun üçün Ermənistan növbəti addımı atmalı, Avrasiya İqtisadi İttifaqına üzvlüyünü dayandırmalıdır. Belə ki, Avropa Komissiyası hələ 2013-cü ildə Aİ və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlüyün mümkün olmadığını açıq şəkildə bəyan etmişdi. Bu gün isə Brüsselin bu mövqeyində hər hansı bir dəyişiklik müşahidə edilmir".

"Hazırda Ermənistanın Aİ-nin üzvlüyü mediada təbliğ olunduğundan fərqli olaraq, bürokratik və prosedurlar baxımından olduqca skeptik görünür. Ermənistanın coğrafi izolyasiyası, məhdud iqtisadi potensialı, artan xarici borcu və ixrac imkanlarının zəifliyi də bu prosesin real nəticə verməsi ehtimalını azaldır. Bundan əlavə, ölkə iqtisadiyyatının Rusiyadan yüksək dərəcədə asılılığı onun alternativ inteqrasiya layihələrinə effektiv şəkildə qoşulmasına ciddi maneələr yaradır. Bu baxımdan, Paşinyan hökumətinin Aİ ilə yaxınlaşma cəhdləri daha çox eyni vaxtda həm Qərb, həm də Rusiya arasında manevr kimi qiymətləndirilə bilər. Lakin bu qərarın Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyə səbəb ola biləcəyi ehtimalı da real görünür. Bunu rusiyalı rəsmilər də açıq deməkdən çəkinmirlər", - parlamentari vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Ermənistanın Aİ üzvlüyü üçün kompleks islahatların həyata keçirilməsi tələb olunur:

"Avropa İttifaqı ilə tamhüquqlu inteqrasiya sadəcə siyasi iradə ilə deyil, həm də iqtisadi, institusional və hüquqi sahələrdə uyğunlaşma prosesi ilə müşayiət olunmalıdır. Hazırkı şəraitdə isə Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvüdür və bu platforma çərçivəsində gömrük güzəştləri, ticarət imtiyazları və iqtisadi əməkdaşlıq imkanlarından geniş şəkildə faydalanır. İrəvanın Aİ ilə yaxınlaşma istəyi isə bununla tam ziddiyyətlər yaradır: bir tərəfdən Ermənistan Aİİ-nin təqdim etdiyi iqtisadi üstünlükləri qorumağa çalışır, digər tərəfdən isə Aİ-dən texniki və maliyyə dəstəyi almaqda maraqlıdır. Bu isə ölkənin iki fərqli iqtisadi blok arasında balans siyasəti yürütməsinə səbəb olur. Ermənistan hazırda Aİ-dən müxtəlif sahələr üzrə texnoloji və maliyyə yardımları alsa da, onun əsas ixrac bazarı Rusiya olaraq qalır. Kənd təsərrüfatı məhsulları və digər yerli istehsal malları əsasən Rusiya bazarında dövriyyəyə daxil olur. Bu məhsulların keyfiyyət və standart baxımından Avropa bazarına uyğunlaşması isə əlavə investisiya və struktur islahatları tələb edir".

"Gürcüstandakı son hadisələrdən sonra Ermənistan Qərbin Cənubi Qafqazda yeni strateji tərəfdaşı rolunu oynamağa çalışır. Bu yanaşma eyni zamanda, Qərbdən daha çox siyasi dəstək və iqtisadi yardım cəlb etmək məqsədi daşıyır. İstisna edilmir ki, Gürcüstanda baş verən hadisələr Ermənistan hakimiyyətini Aİ-ə inteqrasiya xəttinə bir daha nəzər salmağa məcbur etməsin", - deputat fikrini yekunlaşdırıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

23-08-2024, 09:10

“Dövlət içində dövlət” - Ermənistanı USAİD idarə edir?

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

22-06-2024, 14:51

Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - Təhlil

Ölkə

14-10-2024, 17:03

İlham Əliyev Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə