• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb

Siyasət

11-04-2025, 13:47
Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb

Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə tanış olublar.

Liderxeber.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsədrlər həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkmiş və məntəqənin mövcud şəraiti ilə tanış olublar.

Həmsədrlər, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.

Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılmış və talan edilmiş ərazilər barədə iranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.

13:00

Azərbaycan və İran nümayəndə heyətləri Zəngilanda və Naxçıvanda yol və elektroenergetika sahəsində birgə layihələrə baxış keçiriblər.

Liderxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.

Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu barədə, eyni zamanda tikilməsi nəzərdən keçirilən yeni dəmiryolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.

Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu:

- Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək;

- Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq;

- Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək;

- Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.

Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcəkdir.

Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaq.

Nümayəndə heyəti həmçinin Azərbaycan ərazisində tikintisi sürətlə davam edən, strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Bu dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq.

Həmsədrlər daha sonra İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad - Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Nümayəndə heyətləri həmçinin Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə də tanış olublar. Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES -in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsdərlər həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkmiş və məntəqənin mövcud şəraiti ilə tanış olublar.

Həmsədrlər, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və Prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.

Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılmış və talan edilmiş ərazilər barədə İranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

10-07-2024, 15:03

İranın dəyişməz xarici siyasəti - indi icraçı Məsud Pezeşkian olacaq

Siyasət

8-04-2025, 14:03

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 22-10-2026, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • 22-10-2026, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə