Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430.5 milyon manat təşkil edib.
Liderxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39.4 milyon manat və yaxud 2.7% azdır.
Xatırladaq ki, bu il DGK büdcəyə 6.6 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 21.7%-i təmin olunub.