• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir

Ölkə

22-01-2025, 15:17
Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir

Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur.

Liderxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.

Bundan başqa, qanun layihəsi ilə lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması planlaşdırılır. Hazırda lisenziya sahibi tərəfindən ölkə qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir. Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.

Eyni zamanda yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və bu məqsədlə Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla 10-cu maddədə nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Buraya bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması aiddir:

Bundan başqa, sənədlə lisenziya və icazələr haqqında qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, o cümlədən Qanuna yeni anlayışın “lisenziyalaşdırma subyektləri” anlayışının daxil edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması, “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması müəyyən edilir. Belə ki, Qanunun 27.3-cü maddəsinə əsasən Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunlara və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər (lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişləri) yerinə yetirilmədikdə, nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərməlidir. Bu təqdimatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin 602-1.6-cı maddəsinə əsasən inzibati xəta hesab olunur və cərimə sanksiyası nəzərdə tutulur. Bu maddə nəzarət orqanlarının nəzarət fəaliyyətinin səmərəliyinin daha da güclənməsinə xidmət edəcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

29-12-2024, 12:44

Azərbaycanda dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi III oxunuşda təsdiqlənib

Ölkə

5-12-2024, 14:09

İqtisadiyyat Nazirliyi indiyə qədər 17 minə yaxın lisenziya verib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

28-06-2024, 10:45

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

Ölkə
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Siyasət
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xəbər Lenti
  • Bu gün, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Bu gün, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Bu gün, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Bu gün, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Bu gün, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Bu gün, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Bu gün, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Bu gün, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə