• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvə toplantısı keçiriləcək

Ölkə

10-01-2025, 18:00
Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvə toplantısı keçiriləcək

Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi hesabatlılığının düzgün təşkili hər bir şirkətin güclü və dayanıqlı fəaliyyətində mühüm rol oynayır.

"Hesabın Gücü" konsept mesajı ilə keçiriləcək üçüncü "Vergi və Mühasibatlıq Zirvə toplantısı" məhz bu reallığı vurğulayaraq, uçot sahəsindəki peşəkarların biznesin inkişafında oynadıqları əvəzolunmaz rolu ön plana çıxarır.

Əvvəlki illərdə ardıcıl iki dəfə keçirilmiş "Zirvə" öz məqsədinə çatmış, çoxlu sayda uçot mütəxəssisi, ekspert, biznes və dövlət nümayəndələrinin iştirakı ilə əvəzsiz müzakirə, şəbəkələşmə, sahə üzrə yeniliklərin mübadiləsi platformasına çevrilib. Hər iki tədbirdən sonra həmkarlarımızdan çoxlu sayda təşəkkür, təklif və iradlar daxil olmuş, onların dəyərli düşüncələri, sağlam tənqidləri tədbirin gələcəyinə işıq tutub. Gələcəyə yönələn bu fikirlər həm də tədbir təşkilatçılarını daha yaxşısını etməyə ruhlandırıb, növbəti tədbirin bünövrəsini hazırlayıb.

2025-ci ilin 1 mart tarixində Gülüstan Sarayında baş tutacaq növbəti "Vergi və Mühasibatlıq Zirvə toplantısı"nın üç maraqlı və faydalı paneldən ibarət olması planlaşdırılır:

1. Maliyyə riskləri və uçot.

2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?

3. Vergilər: menecment və vizyon.

Panellərin adlarından da göründüyü kimi tədbirdə maliyyə idarəetməsi sahəsində biznes riskləri, biznesin etibarlılığı və imicinin qorunması baxımından vergi qanunvericiliyinin düzgün tətbiqi, cari əməliyyatların icrası və strateji qərarların qəbulu zamanı peşəkar kadrların əhəmiyyəti diqqət mərkəzində olacaq.

Qeyd edək ki, "Rəqəmlərin ritmi" sloqanı ilə keçirilmiş ilk Vergi və Mühasibatlıq Zirvə Toplantısı, həmçinin "Düzgün hesab" konsept mesajı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvə toplantısında 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblər. Növbəti sloqanımız olan "Hesabın Gücü" şüarı, maliyyə sisteminin biznes üçün yaratdığı dəyəri və düzgün idarəetmə ilə şirkətlərin güclənməsindəki rolunu simvolizə edir. Bu güc yalnız rəqəmlərdə deyil, eyni zamanda hər bir şirkətin dayanıqlı böyüməsi və inkişafı üçün vacib olan dəqiq məlumat və analitik qərarvermə qabiliyyətindədir. Hər bir biznes, maliyyə sistemini gücləndirərək, daha yüksək hədəflərə doğru irəliləyə və daha möhkəm təmələ malik ola bilər. Bu səbəbdən, "Hesabın Gücü" sadəcə bir şüar deyil, iş dünyasında uğurun təməl prinsiplərindən biridir.

Dəyərli mühasiblər, maliyyəçilər, uçot peşəkarları, gəlin növbəti dəfə "Vergi və Mühasibatlıq Zirvə"sində bilik və təcrübə mübadiləsi edək, dəyərli həmkarlarımızın təqdimatında yeniliklərlə tanış olaq, sektorun inkişafına öz töhfəmizi verək!

1 mart Gülüstan Sarayında görüşmək ümidi ilə!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

6-11-2024, 13:37

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Siyasət
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
16-07-2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Xəbər Lenti
  • Bu gün, 15:01
    Kompüter qarşısında çalışanların göz ağrısına çarə
  • Bu gün, 14:21
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Bu gün, 13:35
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Bu gün, 12:17
    İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər
  • Bu gün, 10:14
    Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin
  • Bu gün, 09:10
    Şirniyyat yeyəndə kökəlirsiniz?
  • Dünən, 15:16
    Qarpızın oynaqlara və dəriyə gözlənilməz faydaları açıqlanıb
  • Dünən, 14:18
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 12:12
    Yağ yandırmaq üçün qidalanma qaydalar
  • Dünən, 09:07
    ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • 21-07-2026, 19:09
    Vaqif Əsədov jurnalistləri təbrik etdi
  • 21-07-2026, 16:15
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • 21-07-2026, 15:48
    Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
  • 21-07-2026, 14:48
    Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
  • 21-07-2026, 13:09
    Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
  • 21-07-2026, 13:00
    Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
  • 21-07-2026, 12:34
    Sabah 38° isti olacaq
  • 21-07-2026, 12:00
    Çevik iş vaxtı rejimi kimlərə şamil ediləcək?
  • 21-07-2026, 11:31
    ABADA rəsmisi: Beynəlxalq yük daşımalarının həcmi artıb
  • 21-07-2026, 11:24
    Bakıda yaşıllaşdırma işləri aparılır - Fotolar
  • 21-07-2026, 11:14
    Qaynar suyun saçlara zərəri və düzgün qulluq qaydaları - Mütəxəssis məsləhəti
  • 21-07-2026, 10:47
    Jurnalist Səbuhi Vaqifoğlu "İttifaqın Dostu" diplomu ilə təltif edilib
  • 21-07-2026, 10:00
    “Sabah” Finlandiya təmsilçisinə qarşı
  • 21-07-2026, 09:41
    Hörmüzdə iki neft tankeri partladı
  • 21-07-2026, 09:22
    SEPAH Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına ağır zərbələr endirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə