• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakı-Sumqayıt yolundakı tıxaca əlac tapıldı - "Park and Ride" paytaxtın əsas problemini həll edəcək?

Ölkə

31-10-2024, 16:14
Bakı-Sumqayıt yolundakı tıxaca əlac tapıldı - "Park and Ride" paytaxtın əsas problemini həll edəcək?

Bakı-Sumqayıt yolunda yaranan tıxaclar həm sürücüləri, həm də sərnişinləri ciddi narahat edən məsələlərdəndir.

Liderxeber.az-in məlumatına görə, gündəlik iş və təhsil gediş-gəlişini əhəmiyyətli dərəcədə çətinləşdirən bu vəziyyət sürücülər arasında gərginlik yaradır, həmçinin vaxt itkisinə səbəb olur.

Xüsusilə səhər və axşam saatlarında yolda sıxlıq artaraq hərəkətin ləngiməsinə gətirib çıxarır. Bu vəziyyətdə sürücülər yol infrastrukturunun və hərəkət idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünür, çünki onların əsas narahatlıqları arasında yolun dar olması, alternativ yollara çıxışın məhdudluğu və yol qəzalarının səbəb olduğu əlavə gecikmələr var.

Mövcud problemlə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsələyə Bakı-Sumqayıt yolu kimi deyil, mobillik kimi baxmaq lazımdır:

"Sumqayıt və Xırdalandan Bakı istiqamətinə gedənlər hansı növlərlə səfər edə bilir. Bakının Baş Planında bununla bağlı nəyin nəzərdə tutulması əsas götürülməlidir. Bizim mövcud dəmiryolu şəbəkəmiz var. Fikrimcə bu sahədə qatar və stansiya sayı arıtırlmalıdır ki, yerüstü metro funksiyası daşıya bilsin. Bu məsələdə dəmiryolu əsas yükü götürməlidir.

Artıq mövcud yolda avtobus zolaqları da təşkil olunub. Bu da "Avtovağzal" metrostansiyası ilə əlaqələnir. Baş Planda nəzərdə tutulduğu kimi Bənövşəyi xətt şəhər mərkəzinə - Dəniz vağzalı və Ağ şəhərə kimi gəlib çıxmalıdır. Lakin Bənövşəyi xəttin intervalı 7 dəqiqə deyil, 2 dəqiqə olmalıdır.

Burada metronun yaşıl xəttini də nəzərə almaq lazımdır. "Koroğlu", "Dərnəgül" və "Xətai"-"Həzi Aslanov" xətləri, eyni zamanda "Dərnəgül" deposunun tikilməsi olduqca vacibdir. Çünki qatar "Dərnəgül"dən həm "Elmlər Akademiyası" istiqamətinə, həm də "Koroğlu" istiqamətinə sərnişin aparır. Əgər bənövşəyi xətt "Xətai" metrostansiyasına qədər uzanarsa, "Xətai"dən "Həzi Aslanov" istiqamətinə və "Həzi Aslanov"dan üzü Sumqayıt istiqamətinə səfər etmək imkanı yaranacaq.


Belə imkanlar yarandığı tədirdə sərnişin axını parçalanır və şəhər nəqliyyatı tam fərqli cür inkişaf edir. Bu iki element - həm dəmiryolu, həm də metro bibaşa insanların səfərlərinə təsir edəcək".

Ekspert əlavə edib ki, "Avtovağzal" metrostansiyası ərazisində "Park and Ride" (Park et, səfərini ictimai nəqliyyatla davam et) təşkil olunmalıdır: "Bu, şəhər daxilinə gedən avtomobillərə təsir edəcək. Bununla yanaşı Baş Planın özündə Bakı ətrafında avtomobil yollarının tikintisi nəzərdə tutulub. Həmin yol Azadlıq prospektindən şimal istiqamətinə Masazır gölünün yanı ilə Sumqayıta çıxışı ehtiva edir.

Eyni zamanda şəhərin yarımdairəvi yollarının tamamlanması da nəzərdə tutulub ki, bu da nəqliyyat axınının parçalanması, fərqli nöqtələrdən giriş imkanının yaranmasına gətirib çıxaracaq. Ümumi olaraq daha çox sərnişin daşıyan nəqliyyat növlərinin inkişafı bu məsələni köklü həll edə bilər. Bu gün investisiyanın artırılmasına ehtiyac var. Baş Plan baxışdır, lakin onun icraasını təmin edən vəsaitdir. Bu gün həmin vəsaitin ayrılmasına gərək var və bu işlərə nə qədər tez başlanılarsa, nəticələri bir o qədər tez görə biləcəyik".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qeyd dilib ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "Sərnişindaşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırsaq, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.

İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin danışmasına imkan yaradır.

Hazırda Bakı və Abşeron rayonunun 31 küçə və prospektlərində 90 km-ə yaxın avtobus zolağı təşkil edilib. Bu işlər Bakı-Sumqayıt şosesində də həyata keçirilib.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 15 dəqiqə qısalıb".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

24-01-2024, 10:30

Bu yollarda buzlaşma var - Siyahı

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

21-06-2024, 16:28

Bakının elektrik qatarları: təhlükəsiz, rahat, sürətli - Foto - Video

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Bu gün, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Bu gün, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Bu gün, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Bu gün, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Bu gün, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Bu gün, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Bu gün, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Bu gün, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Bu gün, 13:16
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə