• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ordubadda COP29-la bağlı konfrans keçirilib

Ölkə

25-10-2024, 19:28
Ordubadda COP29-la bağlı konfrans keçirilib

25 oktyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  "Yaşıl innovasiyalar və Ətraf Mühitin Qorunması" mövzusunda konfrans keçirilib. 
 
Liderxeber.az xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Zakir oğlu Rəhimli, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, bələdiyyələr iştirak ediblər. Konfransda həmçinin canlı bağlantı vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini  Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov və COP29 Azəbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin kommunikasiyalar və təlimlər sektorunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov məruzəçi qismində çıxış ediblər. 
 
İlk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca "COP29” ilə əlaqədar videoçarx nümayiş olunub.
 
Konfransı giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, bu il ölkəmizdə keçiriləcək COP29 sessiyasının əhəmiyyətindən bəhs edib, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulayıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər” haqqında dövlət başçısının sərəncamına toxunan icra başçısı yaşıl innovasiyaların və ətraf mühitin qorunmasının müasir dünyada dayanıqlı inkişafın təməlini təşkil edən əsas istiqamətlərdən biri olduğunu qeyd edib, ölkəmizdə qəbul edilən strateji proqramlarda ekoloji problemlərə qarşı mübarizənin prioritet məsələlərdən biri kimi müəyyən edildiyini bildirib. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının və günəş enerjisi layihələrinin həyata keçirilməsinin bu istiqamətdə atılmış önəmli addımlardan biri olduğunu nəzərə çatdırıb. Çıxışda həmçinin yaşıl innovasiyaların inkişafının yalnız texnologiya və dövlət siyasəti ilə məhdudlaşmadığı, məhsuldar əməkdaşlıq üçün özəl sektor və vətəndaş cəmiyyətinin  birgə rolunun əhəmiyyəti qeyd edilib.
 
Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini  Hüseyn Səfərov “İqlim Dəyişikliklərinə hüquqi cavab” adlı məruzəsində iqlim dəyişikliklərinin dünyanı narahat edən məsələ olduğunu, dünya ölkələrinin atmosferin zərərli qazlardan azaldılması istiqamətində müxtəlif hüququ öhdəliklər götürdüyünü diqqətə çatdırıb. Yaşıl enerjiyə keçid sahəsində üzv dövlətlərin imzaladıqları beynəlxalq müqavilələrə riayət etməsinin zəruriliyini qeyd edib. 
 
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev öz çıxışında iqlim dəyişikliyinə təsir edən amilər və COP29-un hədəflərindən bəhs edib. 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” olduğunu vurğulayaraq “2023-2027-ci illər Naxçıvan Muxtar Respublikasının inkişafına dair Dövlət Proqramı”nda bu sahədə prioritet istiqamətlərin müəyyənləşdiyini diqqətə çatdırıb. Çıxışda Muxtar Respublikada bu il 550 ha sahədə meşəsalma və meşəbərpa işlərinin aparılmasının nəzərdə tutulduğu, artıq 432 ha sahədə işlərin yekunlaşdığı qeyd edilib. 
 
Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov  İqlim dəyişməsində təbii proseslərin gedişinin izahına dair müxtəlif elmi əsaslandırmaları diqqətə çatdıraraq, təbii proseslərin kainatda iqlim dəyişikliyinə təsir edən əsas səbəblərdən olduğunu vurğulayıb. Bu sahədə antropogen amillərin rolunun təsirinin azaldılmasının zəruriliyini nəzərə çatdıran Çingiz İsmayılov ümumi məsələlərə yanaşmada yaşıl düşüncə təfəkkürünün formalaşmasının ən vacib elementlərdən biri olduğunu xüsusi qeyd edib.
 
COP29 Azəbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin kommunikasiyalar və təlimlər sektorunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov “Beynəlxalq tədbirlərin gənclərin inkişafına töhfəsi” adlı məruzəsində son illərdə həyata keçirilən tədbirlərdə könüllülük hərəkatının əhəmiyyətindən bəhs edərək minlərlə gəncin bu hərəkata qoşularaq öz təcrübəsini artırdığını qeyd edib. O, son 10 il ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə 100 mindən çox gəncin könüllü iştirakçı qismində öz bilik və bacarıqlarını təkmilləşdirdiklərini, beynəlxalq səviyyəli tədbirlərdə komanda rəhbərləri kimi formalaşdıqlarını bildirib.
 
Yekunda Rayon İcra Hakimiyyəti adından məruzəçilərə və konfrans iştirakçılarına  minnətdarlıq ifadə olunub. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

24-06-2024, 15:11

Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı

Ölkə

1-10-2024, 16:21

Onlar komitələrə üzv seçildi - Tam siyahı

Ölkə

17-08-2024, 12:19

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Ölkə
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Dənizə getmək istəyənlərin nəzərinə!
Dənizə getmək istəyənlərin nəzərinə!
Siyasət
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Dünən, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
10-09-2026, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
10-09-2026, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xəbər Lenti
  • Dünən, 14:33
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
  • Dünən, 14:21
    “Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
  • Dünən, 13:00
    Pakistan Ermənistana ilk səfirini təyin etdi - Foto
  • Dünən, 12:34
    Sabah hava necə olacaq?
  • Dünən, 11:00
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Dünən, 10:07
    Sağlam qalmağın yolları açıqlandı
  • Dünən, 09:44
    Dənizə getmək istəyənlərin nəzərinə!
  • Dünən, 09:19
    Analoqu olmayan tədbir - Orkestrə robot dirijorluq etdi
  • Dünən, 09:10
    Nepaldakı daşqınlarda ölənlərin sayı artdı
  • Dünən, 09:00
    Şimali Koreya Yapon dənizinə ballistik raketlər buraxdı
  • 11-09-2026, 20:44
    Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
  • 11-09-2026, 17:30
    Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
  • 11-09-2026, 16:21
    Yol polisi yanan avtomobili söndürdü
  • 11-09-2026, 16:03
    Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
  • 11-09-2026, 15:53
    Mərhum prokurorun general oğlu yeni idarənin rəisi təyin edildi
  • 11-09-2026, 15:40
    İranın elektrik şəbəkəsi Azərbaycanın enerji sisteminə qoşulub
  • 11-09-2026, 15:28
    “Naxçıvan istiqamətində işlər yekunlaşıb”
  • 11-09-2026, 14:54
    Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
  • 11-09-2026, 14:01
    11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
  • 11-09-2026, 13:57
    Şəkidə 4 nəfəri çaqqal dişlədi - Yenilənib
  • 11-09-2026, 13:19
    Xankəndidə bu qədər əhali yaşayır
  • 11-09-2026, 12:32
    Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
  • 11-09-2026, 12:14
    “Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”
  • 11-09-2026, 11:18
    Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • 11-09-2026, 11:09
    “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə