• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu gün Qarabağda bir ilk yaşanacaq

Ölkə

23-09-2024, 09:00
Bu gün Qarabağda bir ilk yaşanacaq

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.

Liderxeber.az xəbər verir ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən dörd ixtisas üzrə Qarabağ Universitetinin "SABAH" qruplarında ikinci tədris ilində təhsil alacaq. İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı altı fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. Qarabağ Universiteti hazırda üç tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə altı (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində altı mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür. Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Cəmiyyət

26-07-2024, 11:11

Kolleclərə ixtisas seçimi başlayır

Ölkə

23-08-2024, 07:49

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
“AzParking” sürücülərə müraciət etdi
“AzParking” sürücülərə müraciət etdi
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Bu gün, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Bu gün, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Dünən, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Dünən, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Dünən, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Dünən, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Dünən, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Dünən, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Dünən, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Dünən, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Dünən, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Dünən, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Dünən, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
  • Dünən, 09:12
    Paşinyan Türkiyədədir
  • Dünən, 08:54
    Pezeşkian Türkiyəyə gedir
  • Dünən, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Dünən, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Dünən, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Dünən, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Dünən, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Dünən, 12:48
    Sabah da yağış yağacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə