• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

13 istiqamətdən gerçəkləşən əməliyyat: "Terrorçu rejim daha böyük təxribatlara hazırlaşırdı"

Ölkə

19-09-2024, 09:05
13 istiqamətdən gerçəkləşən əməliyyat: "Terrorçu rejim daha böyük təxribatlara hazırlaşırdı"

"Ermənistan tərəfinin 10 Noyabr Bəyanatına əsasən üzərinə götürdüyü bir neçə öhdəlik var idi ki, onlardan biri də Qarabağda yerləşən separatçı və terrorçu qruplaşmaların həmin ərazidən çıxarılması idi. Lakin Ermənistan İkinci Qarabağ müharibəsindən antiterror tədbirlərinə qədər olan müddətdə nəinki separatçıları Qarabağdan çıxardı, tam əksinə olaraq, onların yenidən silahlandırılmasını təmin etdi".

Bunu Liderxeber.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, 480 kilometrdən artıq olan keçmiş təmas xəttində 200-dən artıq müşahidə kamerasının qurulması, mühəndis-istehkam işlərinin aparılması, 500-dən artıq uzunmüddətli döyüşün aparılması üçün döyüş mövqelərinin qurulması, eynilə də 350-dən artıq artilleriya qurğuları üçün atəş mövqeyinin düzəldilməsi, bununla paralel həmin o terrorçu-separatçı qruplaşmaların sayının artırılması, hansı ki, burada söhbət "Yerkrapa", "Voma", "Aramo" kimi terrorçu qruplaşmalardan gedir, onlar üçün də ayrıca 11 təlim mərkəzinin yaradılması və yenidən 100 kilometrə yaxın ərazidə iki kilometr enində mina sahəsinin yaradılması terrorçu rejimin daha böyük təxribatlara hazırlaşdığını göstərirdi.

"Həmçinin, separatçı rejim qondarma seçki keçirməklə Azərbaycanın suverenliyinə, eyni zamanda Konstitusiya quruluşuna ciddi təhlükə və təhdid yaratmağa çalışdı. Bundan sonra bir az da irəli gedərək, həmin rejim Azərbaycanın dinc vətəndaşlarına, mülki infrastrukturuna və polislərimizə qarşı terror aktı törətdi. Sadaladığımız, eləcə də digər səbəblər Azərbaycanı antiterror tədbirləri keçirməyə vadar etdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yüksək peşəkarlıq və qəhrəmanlıq nümunəsi ilə yerinə yetirildi. Burada ümumi olaraq 13 istiqamətdən - beşi şimal, səkkizi cənubdan olmaqla bölmələrimiz tədbirlərin icrasına başladı və bir gündən az bir müddətdə separatçı rejimi təslim olmağa məcbur etdi. Xüsusilə qeyd edək ki, Azərbaycan Ordusu çox qısa zaman ərzində separatçı rejimin 1 800-ə yaxın hədəfini məhv etdi, xüsusi təyinatlılarımızla komanda birliklərimiz onun qurduğu mövqelərin dərinliklərinə sızaraq bir çox strateji nəqliyyat yollarını tamamilə bağladılar. Burada Xocalı-Xankəndi, Ağdərə-Xankəndi, Xocavənd-Xankəndi kimi əsas nəqliyyat qovşaqlarını kəsərək separatçılara təminat və təchizatın getməsinin qarşısını aldı. Xocavənd-Xankəndi, Ağdərə-Əsgəran, Suqovuşan-Vəng, eyni zamanda Xankəndi-Xocalı-Təzəkənd-Sırxavənd istiqamətindən bölgələrimiz bu fəaliyyəti həyata keçirdilər", - deyə ekspert bildirib.

Azər Bayramov qeyd edib ki, əməliyyatın uğurlu alınmasının əsas səbəblərindən biri kimi bu fəaliyyətlərin birlikdə icrasını göstərmək olar:

"Bu fəaliyyət zamanı separatçı rejimin rəhbərliyi ilə keçmiş təmas xəttində dayanan terrorçu qruplaşmaların əlaqələrinin kəsilməsi, onların idarəetmə məntəqəsi və radioelektron mübarizə vasitəsinin sıradan çıxarılması, hava hücumundan müdafiə sistemlərinin yüksəkdəqiqlikli silahlarla ordumuz tərəfindən vurulması separatçı rejimdə şok effekti yaratdı və onlar təslim olmaq məcburiyyətində qaldılar".

Müsahibimiz əlavə edib ki, antiterror tədbirlərinin ümumi mənzərəsinə baxdığımız zaman ilk növbədə Azərbaycan suverenliyini və Konstitusiya quruluşunu tam şəkildə bərpa etmiş oldu:

"Bununla yanaşı, Ermənistan və havadarlarının Azərbaycana qarşı yürütdükləri çirkin siyasətin - separatizmin və terrorçuluğun tamamilə məhv edilməsi təmin edildi. Müharibədən sonra "Böyük Qayıdış" proqramına əsasən, vətəndaşlarımızın işğaldan azad edilən ərazilərə köçürülməsinə başlanıldı. Orada bərpa-quruculuq işləri ilə məşğul olan mülki insanlarımıza ötən il sentyabrın 19-20-nə qədər separatçı rejim daim təhlükə yaradırdı, həmin təhlükələrin tam şəkildə aradan qalxdığını xüsusilə qeyd etməliyik. Bundan sonrakı dönəmdə işğaldan azad edilən ərazilərə qayıdan vətəndaşlarımız tam təhlükəsiz və rifah içində orada öz həyat fəaliyyətlərini quracaqlar. Bütün bu tədbirlər həmin ərazilərdə inkişafın təhlükəsiz və daha sürətli şəkildə həyata keçməsini təmin edəcək. Hər zaman olduğu kimi, Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ vətəndaşlarının təhlükəsizliyidir. Bununla bağlı bütün fəaliyyətlər bundan sonra da davam edəcək".
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

20-09-2023, 16:59

Antiterror tədbirləri təhrik edən erməni təxribatları - Məqalə

Ölkə

2-04-2024, 09:00

Aprel döyüşlərindən 8 il ötür

Ölkə

19-09-2023, 13:34

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarına başlayıb

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Dünən, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Dünən, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
  • 30-10-2026, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • 30-10-2026, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 30-10-2026, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • 30-10-2026, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • 30-10-2026, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • 30-10-2026, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • 30-10-2026, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • 30-10-2026, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • 30-10-2026, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • 30-10-2026, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • 30-10-2026, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • 30-10-2026, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə