• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib

Ölkə

16-09-2024, 12:14
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Şimal-Cənub dəhlizinin əsas hissəsini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.

Liderxeber.az bu barədə bankın məlumatına istinadən xəbər verir.

Layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökumətinin payına düşür. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək.

Vəsait Sumqayıt-Yalama hissəsində mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın bərpasının tamamlanmasına yönəldiləcək. Bu kredit ölkədə dəmir yolu əməliyyatlarının modernləşdirilməsinə yönəlmiş və 2017-ci ildə təsdiqlənmiş Dəmir Yolu Sektorunun İnkişafı Proqramına əlavə maliyyələşdirmədir.

“Dəmir yolu infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq və nəqliyyat xərclərini azaldacaq. Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiyanın kəsişməsindəki strateji mövqeyini gücləndirəcək”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

Layihə təkmilləşdirilmiş dəmir yolu və multimodal infrastruktur, eləcə də dəmir yolu sektorunda islahatlar vasitəsilə regional iqtisadi inkişafa töhfə verən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat strategiyasına uyğundur.

Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2018-2019-cu illərdə hərtərəfli islahatlar həyata keçirib ki, bu da onun maliyyə vəziyyətinin və idarəetməsinin yaxşılaşdırılmasına kömək edib. 2018-ci ildən 2022-ci ilədək ADY-nin yük daşımalarının həcmi 34 % artaraq 14 milyon tondan 18,7 milyon tona çatıb və bu həcmin 80 %-dən çoxu beynəlxalq və tranzit daşımaların payına düşüb.

ADB Asiya və Sakit Okean regionu üçün iqlim bankı kimi, həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sədrliyini dəstəkləyir və tədbirin keçirilməsi üçün ölkənin potensialının artırılmasına kömək edir.

Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

12-06-2024, 18:00

Azərbaycan bu ölkələrlə ticarət əlaqələrindədir - Siyahı

Ölkə
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
“Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
“Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Bu gün, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Bu gün, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Dünən, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Bu gün, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Bu gün, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Bu gün, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Bu gün, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Bu gün, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Bu gün, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Bu gün, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Bu gün, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Bu gün, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Bu gün, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
  • Bu gün, 09:12
    Paşinyan Türkiyədədir
  • Bu gün, 08:54
    Pezeşkian Türkiyəyə gedir
  • Dünən, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Dünən, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Dünən, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Dünən, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Dünən, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Dünən, 12:48
    Sabah da yağış yağacaq
  • Dünən, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Dünən, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Dünən, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Dünən, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Dünən, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə