• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Ölkə

7-08-2024, 14:15
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası yaradılıb:

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

Şura aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

- müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

- normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini.

Şura fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiqləməli, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etməlidir.

Nazirlər Kabineti Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
Sumqayıtda yol yenə çökdü - Foto
Sumqayıtda yol yenə çökdü - Foto
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Siyasət
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Bu gün, 10:41
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Dünən, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Dünən, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
19-11-2026, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
18-11-2026, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17-11-2026, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 14:52
    Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • Bu gün, 12:43
    “Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
  • Bu gün, 11:54
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür
  • Bu gün, 11:00
    Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
  • Bu gün, 10:41
    Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
  • Bu gün, 10:26
    Bu gün Premyer Liqada daha 2 oyun var
  • Bu gün, 10:15
    Sumqayıtda yol yenə çökdü - Foto
  • Bu gün, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
  • Bu gün, 09:17
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:08
    Putinlə görüşünün detallarını açıqladı
  • Bu gün, 09:00
    Hörmüzdə ABŞ-yə məxsus PUA vuruldu
  • Dünən, 17:35
    Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
  • Dünən, 17:07
    Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
  • Dünən, 16:50
    Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
  • Dünən, 16:45
    Turun açılış matçında 4 qol vuruldu
  • Dünən, 16:09
    Əhalinin son sayı - Açıqlandı
  • Dünən, 15:54
    Yeni marşrut xətti fəaliyyətə başlayır
  • Dünən, 15:25
    COP31 çərçivəsində keçirilən tədbirdə bu islahatlar barədə məlumat verildi - Fotolar
  • Dünən, 14:52
    Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
  • Dünən, 14:29
    Paşinyan həmin gün xalqa müraciət edəcək
  • Dünən, 14:03
    AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
  • Dünən, 13:46
    “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
  • Dünən, 13:18
    Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
  • Dünən, 12:40
    Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
  • Dünən, 12:05
    8 Noyabr prospektindəki təmir bitdi, yol açıldı - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə