• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq

Ölkə

6-08-2024, 09:55
Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq

İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq.

Bu barədə Liderxeber.az-a İcbari Sığorta Bürosundan bildirilib. Qeyd edilib ki, 2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olub və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlayıb. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün, “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub.

Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənib. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılıb və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunub. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilib.

Qeyd edək ki, “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılıb. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

15-07-2024, 10:00

Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Yeni marşrut xətti istifadəyə verilir
Yeni marşrut xətti istifadəyə verilir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 11:12
    Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
  • Bu gün, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • Bu gün, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • Bu gün, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 09:00
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 08:46
    Füzuli Şəhəri Günüdür
  • Dünən, 18:07
    Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 17:56
    Yeni marşrut xətti istifadəyə verilir
  • Dünən, 17:15
    Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
  • Dünən, 16:49
    423 reys təxirə salındı - Moskva hava limanları hazırda
  • Dünən, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • Dünən, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • Dünən, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Dünən, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Dünən, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Dünən, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Dünən, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dünən, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • Dünən, 17:11
    Pezeşkian Ermənistana gedir
  • Dünən, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • Dünən, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • Dünən, 15:20
    Bakıda görüşdülər - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə