• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğun hesab edilib - Yenilənib-2

Ölkə

27-06-2024, 12:52
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğun hesab edilib - Yenilənib-2

İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.

Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.

Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

10:56

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası davam edir.

Liderxeber.az xəbər verir ki, çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

10:20

İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası işə başlayıb.

Liderxeber.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

10:00

Bu gün Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Liderxeber.az xəbər verir ki, Plenumda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna tərəflərin iştirakı ilə baxılacaq.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

27-06-2024, 10:31

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır

Cəmiyyət

27-06-2024, 20:03

Vətəndaş Qəbulu Mərkəzində iyul ayında qəbul cədvəli açıqlanıb

Ölkə

8-04-2024, 13:58

Bir sıra məhkəmələrə sədrlər təyin edilib

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Yeni marşrut xətti istifadəyə verilir
Yeni marşrut xətti istifadəyə verilir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 11:12
    Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
  • Bu gün, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • Bu gün, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • Bu gün, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 09:00
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 08:46
    Füzuli Şəhəri Günüdür
  • Dünən, 18:07
    Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 17:56
    Yeni marşrut xətti istifadəyə verilir
  • Dünən, 17:15
    Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
  • Dünən, 16:49
    423 reys təxirə salındı - Moskva hava limanları hazırda
  • Dünən, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • Dünən, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • Dünən, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Dünən, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Dünən, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Dünən, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Dünən, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dünən, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • 15-10-2026, 17:11
    Pezeşkian Ermənistana gedir
  • 15-10-2026, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • 15-10-2026, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • 15-10-2026, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • 15-10-2026, 15:20
    Bakıda görüşdülər - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə