• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Ölkə

26-05-2024, 14:01
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Zati-aliləri, əziz Qardaşım. Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm. Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm. Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha ifadə edirəm. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir :"Zati-aliləri. Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Malta Prezidenti Miriam Spiteri Debono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir zamanda daha böyük əhəmiyyət kəsb edir. Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq istiqamətində nadir struktur olaraq qalır. Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır. Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna inanır. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Zati-aliləri, əziz Qardaşım. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram. Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız".

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram. Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz. Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm".


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

6-03-2024, 13:11

Timor-Leste Prezidenti Azərbaycan dövlət başçısına məktub göndərib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

25-12-2023, 15:33

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevi təbrik edib

Dünya

19-05-2023, 12:30

Gürcüstan Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

Ölkə
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Siyasət
“Xəzər bizim ümumi sərvətimizdir”
Dünən, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
Dünən, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
Dünən, 11:00
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Dünən, 17:49
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Dünən, 13:22
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Xəbər Lenti
  • Bu gün, 11:15
    Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
  • Bu gün, 11:12
    Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
  • Bu gün, 11:08
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • Bu gün, 10:48
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • Bu gün, 10:21
    “Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”
  • Bu gün, 09:44
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • Bu gün, 09:11
    Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar
  • Bu gün, 09:00
    “Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
  • Dünən, 17:35
    Xanım boksçumuz Avropa çempionatının finalında
  • Dünən, 17:17
    “Xəzər bizim ümumi sərvətimizdir”
  • Dünən, 16:18
    Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
  • Dünən, 15:58
    “Sığorta haqqını hesabla” - Video
  • Dünən, 15:07
    “MDB+1” formatının yaradılmasını təklif etdi
  • Dünən, 14:17
    Prezidentin Pezeşkianla görüşü keçirilir
  • Dünən, 14:00
    Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
  • Dünən, 13:44
    Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti çəkildi - Foto
  • Dünən, 12:32
    İnsanların günü yollarda keçir... - “30-40 dəqiqə avtobus gözləyirik”
  • Dünən, 11:40
    Kiyev sakinlərinə şəhəri müvəqqəti tərk etməyi məsləhət gördü
  • Dünən, 11:32
    Zelim qələbə ilə başladı - Yenilənir
  • Dünən, 11:08
    Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video
  • Dünən, 11:00
    “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
  • Dünən, 10:40
    “Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb”
  • Dünən, 10:10
    Sahibkarlar “Etender.gov.az”da sənədləri “SİMA İmza” ilə imzalayacaq
  • Dünən, 09:42
    Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
  • Dünən, 09:11
    “Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə