• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“İMZA” hesabat verdi - FOTOLAR

Ölkə

1-02-2024, 12:21
“İMZA” hesabat verdi - FOTOLAR

“İMZA” İctimai Birliyi 2024-cü ildə görəcəyi işlərlə bağlı yeni “Yol xəritəsi”ni müzakirə edib.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, İB-nin İdarə Heyətinin 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncağında sədr Xəyyam Əsgərov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, “İMZA” komandası həm sosial şəbəkələr üzərindən, həm də İctimai Birlik olaraq ötən ildə də xeyli iş görüb. Sosial şəbəkələrdə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında, Azərbaycanda cərəyan edən mühüm ictimai-siyasi, mədəni hadisələr barədə məlumatlar, xəbərlər, video-xəbərlər “İMZA” səhifələrində mütəmadi olaraq paylaşılıb və böyük maraqla qarşılanıb. Qeyd edək ki, hazırda onların baxış statistikası milyonlarla ölçülməkdədir. Sosial şəbəkə səhifələrimiz “göy işıq”la təmin edilib.

Ötən il “İMZA” İB-i bir sıra əhəmiyyətli tədbirlər də keçirib. Xüsusi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans ictimaiyyətin diqqətini cəlb edib. “Heydər Əliyev-Böyük Lider” adlı konfransda Azərbaycanın millət vəkilləri, ziyalıları, ictimaiyyət nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Pakistan, ABŞ, Fransa, Almaniya, İtaliya və başqa ölkələrdən tanınmış ictimai-siyasi xadimlər, deputatalar, vaxtı ilə Ulu öndərimizlə işləmiş səfirlər iştirak ediblər. Tədbir yerli və beynəlxalq KİV-də geniş işıqlandırılıb.  Bundan başqa, 2023-cü ildə 20 yanvar, Xocalı soyqırımı, Müstəqillik günü, Milli Qurtuluş günü və digər mühüm hadisələrlə əlaqədar “İMZA” İB-nin xətti ilə ənənəvi toplantılar, görüşlər keçirilib.

Bir məqamı xüsusi ilə vurğulamaq lazımdır ki, bu gün “İMZA”nın sıraları daha da genişlənməkdədir. Vətəndaşlarımızdan “İMZA”ya üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır. Bunu nəzərə alan “İMZA” İB-nin İdarə heyəti həmin müraciətlərə baxılması üçün qərar qəbul edib. Bu il artıq prosesə start verilib. Hazırda “İMZA” İctimai Birliyinin müasir dizayn və məzmuna malik yeni saytı hazırlanır. Arzu edənlər sayt vasitəsi ilə də üzvlük üçün müraciət imkanı qazanacaqlar. “İMZA”-çılar 2024-cü ildə də bu istiqamətdə səylərini daha da artıracaqlar və artıq bu məqsədlə “İMZA” İB-nin “Yol xəritəsi” də hazırlanmaqdadır. X.Əsgərov İctimai Birliyin Türkiyə təmsilçisi fövqəladə və səlahiyyətli səfir Hulusi Kılıça təşkilatın işində fəal iştirakına, “İMZA” dəyərlərinə bağlılığına və İctimai Birliyin dünyada tanınmasında göstərdiyi xidmətlərə görə xüsusi təşəkkür edib. “İMZA” İB-nin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin fəaliyyətinin İdarə heyəti tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Departamentin beynəlxalq tədbirlərin təşkilindəki rolunu xüsusi ilə qeyd edib. Sonra “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç çıxış edib. Görülən işləri yüksək qiymətləndirib. “Yol xəritəsin”ə dair faudalı təkliflərini açıqlayıb. Tədbirdə “İMZA” İB-nin sədr müavinləri Xəyal Bəşirov, Nazim Bayandurov və Abdulla Hüseynov da müzakirə olunan məsələlər barəsində təkliflər irəli sürüblər. Yığıncaqda digər cari məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.  

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ölkə

23-01-2023, 15:47

DİN: Ötən il cinayətlərin 89,7 faizinin açılması təmin edilib

Ölkə

15-10-2023, 06:13

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Bu gün, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Bu gün, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Dünən, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə