• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!

Ölkə

7-11-2023, 16:49
“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!” adlı tədbir keçirildi.

LiderXəbər xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri-Azay Quliyev, Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qəsəbə və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və məktəbəqədər təhsil müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra “Şuşam” xor ansamblının canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

Ulu Öndər Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulmaya bilməzdi. Tədbir iştirakçıları öncə xalqımızın çoxdan gözlədiyi və bizləri Zəfərə doğru aparan yolun yeni mərhələsinə həsr olunmuş “Ata Vəsiyyəti və İnamlı Zəfər” adlı videoçarxı izlədilər.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Şanlı Qələbə - 8 Noyabr – “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. Xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı Zəfərimiz, bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu antiterror tədbirləri və suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Tədbirin bədii hissəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera orkestrının ifasında “Arazbari” və “Dədə Qorqud” filmindən “ İncə bellim” musiqiləri, Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyevin, müğənni İlhamə Qasımovanın, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovon, Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayevanın ifasında sevilən və vətənpərvər musiqilər səsləndi, həmçinin, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Zəngəzur Yallısı” ilə tədbir sona çatdı.

Sonda xatirə fotosu çəkildi.

ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

4-10-2023, 17:45

Bakıda “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransı keçirilib

Mədəniyyət

19-03-2023, 13:23

Binəqədidə Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub

Ölkə

7-11-2023, 09:25

Neftçalada Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir

Ölkə

15-06-2023, 18:56

Göygöldə Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd olunub

Ölkə
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
Sabah 29° isti olacaq
Sabah 29° isti olacaq
Siyasət
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Dünən, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Dünən, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
9-10-2026, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
9-10-2026, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:15
    Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
  • Bu gün, 16:16
    “Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
  • Bu gün, 15:53
    Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
  • Bu gün, 15:27
    Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
  • Bu gün, 14:01
    Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
  • Bu gün, 12:40
    Sabah 29° isti olacaq
  • Bu gün, 11:50
    Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
  • Bu gün, 11:30
    Göyərtəsində azərbaycanlıların da olduğu daha bir gəmi vuruldu
  • Bu gün, 11:23
    Su problemi olan bu kəndə yeni xətt çəkilir - Fotolar
  • Bu gün, 10:40
    “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
  • Bu gün, 10:28
    Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
  • Bu gün, 10:24
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Bu gün, 09:44
    Aeroport yolunda qəza oldu - Tıxac yarandı
  • Bu gün, 09:22
    Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
  • Bu gün, 09:00
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • Dünən, 17:38
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:09
    İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
  • Dünən, 16:05
    Azərbaycanda bir çox məhsulların qiyməti artıb
  • Dünən, 15:53
    İordaniyaya getmək istəyənlərin nəzərinə!
  • Dünən, 15:39
    Rusiyadan Zelenskinin 60 günlük atəşkəs təklifinə - Cavab
  • Dünən, 14:12
    53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
  • Dünən, 13:27
    Pensiya artımları ilə bağlı - Açıqlama
  • Dünən, 12:19
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
  • Dünən, 11:58
    Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə