• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şəhidlərimizin ruhu yad edildi!

Ölkə

27-09-2023, 16:16
Şəhidlərimizin ruhu yad edildi!

Bu gün Azərbaycanın Vətən Müharibəsinə başlamasından üç il ötür. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq düşmən hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamaq barədə qərar verilmişdir.

LiderXəbər xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Bu əlamətdar tarixi hadisə ilə əlaqədar Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımızın 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad edildiyini və bu böyük Zəfər sayəsində tarixi ədalətin bərpa olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradəsi, xalq, Ordu və Dövlət birliyi nəticəsində qazanılan Zəfər Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə ən mühüm qələbəsi kimi tarixə yazılıb. “44 günlük Vətən müharibəsinin davamı olaraq heç bir sutka tamam olmamış məqsədinə çatan lokal xarakterli antiterror tədbirləri ölkəmiz ərazisində suveren hüquqlarımızın bərpa olunması ilə nəticələndi. Baş verənlər böyük tarixi hadisələrdir. Qazanılan bu qələbələrin memarı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevdir”, - deyə qeyd edən nazir müavini ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiramını bildirib: “Bu gün Şəhidlərimizin ruhu şaddır! Qisasları alınıb və alınır! Siz daim bizimləsiz, qəlbimizdəsiniz, fəxrimizsiniz, Vətənin şəhid övladları!”

Həmçinin, vurğulanıb ki, bütün qurumlarda olduğu kimi, Penitensiar xidmətdə də bu gün Vətən müharibəsinin iştirakçılarına və şəhid ailələri üzvlərinə diqqət və qayğı ilə yanaşılır, onların işə qabul və digər məsələlərlə bağlı müraciətlərinə xüsusi həssaslıq göstərilir. Belə ki, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri orta və kiçik rəis heyətlərində, eləcə də mülki qaydada işlə təmin olunur. Hazırda davam edən işə qəbul prosesində bu kateqoriyadan olan vətəndaşların müraciətlərinə baxılmaqdadır.

Sonda nazir müavini Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olan həmkarlarımıza uğurlar arzu edib.

Anım mərasimində çıxış edən veteranlar keçdikləri döyüş yolundan söhbət açaraq, onlara göstərilən diqqət və qayğıya görə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

27-09-2023, 02:27

Bu gün Azərbaycanda Anım Günüdür

Ölkə

20-09-2023, 16:59

Antiterror tədbirləri təhrik edən erməni təxribatları - Məqalə

Ölkə

14-04-2023, 09:43

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Ölkə

6-04-2023, 17:54

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Ölkə

3-05-2023, 19:43

Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Ölkə
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Dünən, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə