• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bayram günləri hava necə olacaq?

Ölkə

26-05-2026, 13:16
Bayram günləri hava necə olacaq?

Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-19, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Mayın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacaq. Mayın 29-da isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 29-u axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə havanın əsasən yağmursuz keçəcəyi, lakin 27-28-i gündüz saatlarında, 29-u isə axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək.

Şərqi Zəngəzur - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 27-28-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə, 29-u axşama doğru isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, bəzi yerlərdə 26 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın əsasən yağmursuz keçəcəyi, lakin 27-28-i gündüz bəzi dağlıq ərazilərdə, 29-u axşama doğru isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 27-si gündüz bəzi şərq rayonlarında, 29-u səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-da gündüz yağıntıların bir qədər güclü olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın əsasən yağmursuz keçəcəyi, lakin 29-u axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə, 29-u gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 24-29, dağlarda gecə 13-16, gündüz 21-26 dərəcə isti olacaq.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

30-12-2025, 09:32

Bayram günlərinin havası

Ölkə

1-03-2025, 09:36

Martda hava necə olacaq?

Ölkə

27-12-2025, 14:35

Bazar günü hava necə olacaq?

Ölkə

2-04-2025, 09:28

Aprelin havası - 32° isti

Ölkə

29-02-2024, 11:56

Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ

Ölkə
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Siyasət
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
Bu gün, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
Dünən, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
Dünən, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
Dünən, 11:00
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Dünən, 17:49
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Xəbər Lenti
  • Bu gün, 13:21
    Dünyanın ən çirkli havası olan şəhəri bilindi
  • Bu gün, 12:15
    Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər
  • Bu gün, 12:05
    Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
  • Bu gün, 11:15
    Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
  • Bu gün, 11:12
    Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
  • Bu gün, 11:08
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • Bu gün, 10:48
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • Bu gün, 10:21
    “Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”
  • Bu gün, 09:44
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • Bu gün, 09:11
    Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar
  • Bu gün, 09:00
    “Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
  • Dünən, 17:35
    Xanım boksçumuz Avropa çempionatının finalında
  • Dünən, 17:17
    “Xəzər bizim ümumi sərvətimizdir”
  • Dünən, 16:18
    Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
  • Dünən, 15:58
    “Sığorta haqqını hesabla” - Video
  • Dünən, 15:07
    “MDB+1” formatının yaradılmasını təklif etdi
  • Dünən, 14:17
    Prezidentin Pezeşkianla görüşü keçirilir
  • Dünən, 14:00
    Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
  • Dünən, 13:44
    Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti çəkildi - Foto
  • Dünən, 12:32
    İnsanların günü yollarda keçir... - “30-40 dəqiqə avtobus gözləyirik”
  • Dünən, 11:40
    Kiyev sakinlərinə şəhəri müvəqqəti tərk etməyi məsləhət gördü
  • Dünən, 11:32
    Zelim qələbə ilə başladı - Yenilənir
  • Dünən, 11:08
    Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video
  • Dünən, 11:00
    “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
  • Dünən, 10:40
    “Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə