• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Azərbaycan dünyanın ən böyük yenidənqurma layihələrindən birinə start verib”

Ölkə

20-05-2026, 17:00
“Azərbaycan dünyanın ən böyük yenidənqurma layihələrindən birinə start verib”

“Parlamentlər “Yeni Şəhərsalma Gündəliyi” və 11-ci Davamlı İnkişaf Məqsədi kimi qlobal öhdəliklərin milli qanunvericiliyə, büdcələrə və hesabatlılıq mexanizmlərinə çevrilməsində mühüm rol oynayır”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində parlamentarilərin dəyirmi masasında çıxış edərkən deyib. 

“Tanınmış bir atalar sözü var: Biz dünyanı əcdadlarımızdan miras almamışıq, onu övladlarımızdan borc almışıq. Bu gün bu müdriklik şəhərlərimizi layihələndirmək, qanunvericiliyini hazırlamaq və idarə etmək yollarımıza rəhbərlik etməlidir. İnsanlar şəhərlərdə sadəcə yaşamamalı, onların formalaşmasına kömək etməlidirlər. Biz həqiqətən də şəhərləri insanlarla birlikdə layihələndiririk, yoxsa sadəcə insanlar üçün? Məhz buna görə də qərarların qəbulu prosesində iştirakçı büdcələşdirmə və parlament dinləmələri böyük əhəmiyyət kəsb edir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi sürətləndikcə, şəhərlərin davamlılığı artıq bir seçim deyil, zərurətdir: “COP29 Bakıda keçiriləndə bu, iqlim öhdəliklərinin konkret şəhərsalma fəaliyyətlərinə çevrilməsinin təxirəsalınmazlığını bir daha təsdiqlədi. Bizə növbəti dəfə xatırladıldı ki, həssas əhali qrupları hər zaman ilk əziyyət çəkən və ən ağır zərbəni alanlar olur. Hər bir zonalaşdırma qanunu, hər bir mənzil məcəlləsi və büdcə qərarı şəhərdə kimin inkişaf edəcəyini və kimin geridə qalacağını formalaşdırır.

Bu gün biz gələcək nəsillərin milyonlarla nümayəndəsinin gündəlik həyatını formalaşdırmaq üçün mənzil təminatı və davamlı şəhərsalma inkişafı sahəsində bu məkanda çox mühüm qərarlar qəbul edəcəyik. Lakin dürüst olmalıyıq. Qlobal bəyannamələr təkbaşına gündəlik həyatı dəyişmir, bunu qanunlar edir, büdcələr edir, siyasi iradə edir. Parlamentlər qlobal öhdəliklərlə yerli reallıqlar arasında bir körpüdür. Azərbaycan şəhərlərə davamlılığın, innovasiyanın və inklüziv böyümənin hərəkətverici qüvvəsi kimi baxır. Keçmiş işğal olunmuş ərazilərdə - xüsusən də Qarabağ və Şərqi Zəngəzur bölgələrində törədilən və onilliklər boyu davam edən dağıntılardan və urbisiddən sonra Azərbaycan dünyanın ən böyük yenidənqurma layihələrindən birinə start verib. Minatəmizləmə fəaliyyətlərinə paralel olaraq, davamlılığa və müasir infrastruktura güclü diqqət yetirməklə bütöv şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və mədəniyyət obyektləri yenidən tikilir”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Siyasət

12-03-2026, 15:25

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni

Ölkə

6-05-2026, 11:08

WUF13-ün proqramı açıqlandı

Ölkə
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Dünən, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə