Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı 1985-ci il təvəllüdlü Azad İsmayılov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.