Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
Liderxeber.az-ın xəbərinə görə, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.