Lerikdə 21 yaşlı gənci ildırım vuraraq öldürüb.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı evin həyətində olarkən onu ildırım vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.