• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Gənclər Günü qeyd olunub

Ölkə

31-01-2026, 14:46
Neftçalada Gənclər Günü qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Neftçala rayon Mədəniyyət Müəssisəsinin birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, region üzrə əhatə olunan 5 rayonun gənc nümayəndələri, tələbələr, ictimaiyyət təmsilçiləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahəsində fərqlənən gənclər iştirak edib.

İlk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahədə, xüsusilə gənclərin rifahının yüksəldilməsi, təhsil, idman və sağlamlıq istiqamətlərində gördüyü genişmiqyaslı işlər yüksək qiymətləndirilmişdir.

Rayon rəhbəri çıxışında bildirmişdir ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Xüsusilə müasir dövrdə süni intellekt və informasiya-kommunikasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılmasının strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılmış, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən proqram və təşəbbüslərin gənclərin inkişafına geniş imkanlar yaratdığı vurğulanmışdır.

İcra hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edərək, gənclərin torpaqlarımızın azad olunmasında tarixi rol oynadığını və onların vətənpərvərlik ruhunun gənc nəsil üçün örnək olduğunu qeyd etmişdir.

Çıxışda idmançı gənclərimizin əldə etdiyi uğurlar ölkənin idman sahəsində mühüm nailiyyətlər kimi dəyərləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və dəstəyin bu uğurlarda əsas rol oynadığı vurğulanmışdır. Bununla yanaşı, Neftçala gənclərinin respublika və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər yüksək qiymətləndirilmiş, ölkənin müxtəlif bölgələrində, o cümlədən Neftçala rayonunda müasir Olimpiya İdman Komplekslərinin inşa edilməsinin gənclərin sağlam həyat tərzinin formalaşmasına və peşəkar idmanın inkişafına xidmət etdiyi qeyd olunmuşdur.

Gənclər forumlarının və könüllülük fəaliyyətinin əhəmiyyətinə toxunan rayon rəhbəri bildirmişdir ki, bu platformalar və təşəbbüslər gənclərin fikir və təşəbbüslərinin dinlənilməsi, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin olunması, həmçinin onların cəmiyyətə inteqrasiyası və vətəndaşlıq mövqeyinin formalaşması baxımından mühüm rol oynayır. O, Neftçala könüllülərinin sosial və ictimai tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirmişdir.

Təhsil sahəsində əldə olunan uğurlardan danışan icra başçısı Neftçala gənclərinin respublika birincisi olması faktını xüsusi qeyd edərək, bu nailiyyətlərin gənclərin əzmkarlığının və dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulamışdır.

Sonda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı gənclərin ölkənin gələcəyinin təminatçısı olduğunu bildirərək, onların bilikli, sağlam və vətənpərvər ruhda yetişməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etmiş, gənclərə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov 2 Fevral – Azərbaycan Gəncləri Gününün gənclərə göstərilən dövlət qayğısının nümunəsi olduğunu bildirmiş, gənclərin asudə vaxtının səmərəli təşkili, idmana və sağlam həyat tərzinə cəlb olunması istiqamətində görülən işlərdən, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, bu siyasətin regionlarda icrası və əldə olunan nəticələrdən bəhs etmişdir.

Çıxış edən gənclər - YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul bölməsinin rəhbəri Həbib İbrahimov, Çirvan şəhərini təmsil edən gənc, Bakı Dövlət Universitetinin tələbəsi Ayla Mahmudova dövlət tərəfindən yaradılan imkanlara görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə sadiq qalaraq ölkənin ictimai həyatında fəal iştirak etdiklərini vurğulamışlar. Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Azərbaycan gəncliyi təşəbbüskar, bilikli və gələcəyə strateji baxışla yanaşan bir nəsil kimi formalaşır və gənclər üçün yaradılan imkanlar onların şəxsi və peşəkar inkişafına, cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.

Tədbir çərçivəsində ictimai-siyasi həyatda fəal iştirak edən və müxtəlif sahələrdə fərqlənən gənclərə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.

Bayram tədbiri musiqi nömrələri ilə davam edib, sonda xatirə fotosu çəkdirilib.
 

    

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

7-06-2024, 19:45

Neftçalada Heydər Əliyev Mərkəzinin yaranmasının 10-cu ili qeyd olunub 

Ölkə

4-10-2025, 12:16

Neftçalada Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Ölkə
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Siyasət
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Xəbər Lenti
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə