• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

20 Yanvar - Xalqımızın azadlıq və Zəfər yolunun başlanğıcı - ŞƏRH

Ölkə

21-01-2026, 10:41
20 Yanvar - Xalqımızın azadlıq və Zəfər yolunun başlanğıcı - ŞƏRH

Dünyanın dörd bir yanında yaşayan Azərbaycan xalqının ümumxalq hüzn günü kimi qeyd etdiyi 20 Yanvar faciəsindən 36 il keçir. Bu tarix, bu faciə nə qədər ağır olsa da, biz 20 Yanvar tarixini böyük şərəf və qürur tariximiz kimi qeyd edir, şəhidlərimizin əziz xatirəsini böyük hörmət, dərin ehtiramla yad edirik.


Tarix göstərir ki, xalqımızın mübarizliyi, vətənsevərliyi, öz torpaqlarının azadlığı uğrunda apardığı mübarizə bütün məhrumiyyət və müdaxilələrə rəğmən heç zaman dayanmamış, əksinə daha da güclənmişdir. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başladılan və 44 gün davam edən Vətən Müharibəsi bir daha sübut etdi ki, xalqımızın Vətən sevgisi heç zaman azalmayacaqdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında səbr və mətanət göstərən xalqımız Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətinə inanaraq, onun arxasında sədaqətlə dayandı. Qürurla deyə bilərik ki, bu gün Vətənin azadlığı yolunda canından keçən şəhidlərimizin ruhu şaddır. Bu yolun, müstəqilliyin ilk  şəhidləri isə XX  əsrin  son  onilliyində 20 Yanvar şəhidləri oldu. Zaman göstərdi ki, 20 Yanvar faciəsindən ötən bu illər onun tariximizdə rolunu azaltmadı, əksinə daha da artırdı. Sovet Hakimiyyətinin xain siyasəti xalqımızın mübarizəsini getdikcə milli azadlıq hərəkatına çevirdi.


Bunu qəbul edə bilməyən Qorbaçov başda olmaqla cinayətkar rejim xalqımıza qarşı  təcavüz planı hazırlayıb yanvar ayının 19-dan 20-nə keçən gecə öz xalqının hüquq və azadlıqlarını müdafiə edən dinc, silahsız insanlara qarşı cinayət, daha doğrusu terror, qətliam törətməkdən çəkinmədi. Həmin gün müdhiş bir tarix səhnəsi yaşayrdı Azərbaycan xalqı. Bu günü 36 ildən sonra da qeyd edərkən belə bu qəddarlığın adını necə demək lazımdır ki, vəhşiliyin siması daha aydın izlənilsin. Bu xalqımıza qarşı misli görünməmiş bir qətl hadisəsi, ağırlığı ilə terror faktı idi.


Həmin gün yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Bütün dünya həmin gün dünya həm mübarizlik gördü, həm də bu mübarizliyə qarşı olan ədalətsizliyi, vəhşiliyi müşahidə etdi. Uzun müddət lazımı dəyərini almayan 20 Yanvar faciəsi Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə gəldiyi illərdə layiqli qiymətini aldı. Faciənin baş verdiyi gecənin səhəri Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək etirazını bildirən xalqımızın uzaqgörən Lideri, bu qətliamı törədənlərin cinayətkar olduğunu bəyan edərək Bakıda baş verən cinayətin dünyaya yayılması üçün beynəlxalq mətbuat konfransı keçirmişdi. Bu etiraz elə həmin gün çox böyük hadisə kimi keçmiş SSRi ərazisində M.S.Qorbaçov hakimiyyətinin kökünə zərbə vurmuşdu. Hər dəfə 20 Yanvar faciəsinin ağırlığını qeyd edən, lazımı dəyəri alması üçün təbliğat aparan Ulu Öndər Heydər Əliyev 1994-cü ildə ilk dəfə olaraq dövlət səviyyəsində hüquqi qiymət verilməsinə nail olur. 1994-cü il 5 yanvar tarixində “20 Yanvar faciəsinin 4-cü  ildönümünün keçirilməsi haqqında”  Fərman imzalayır. Fərmanda qeyd edildiyi kimi Azərbaycan Respublikası Milli Məclisi Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiya kecirir, məsələyə yenidən baxaraq araşdırmalar aparır. Milli Məclisin 1994-cü ilin mart ayının 29-da verdiyi Qərarda faciənin günahkarları konkret olaraq qeyd edilir.


Və bu qanlı aksiya Azərbaycanda milli azadlıq  hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilir. O zaman rəsmi Moskvanın 20 Yanvar faciəsinin davamı olaraq ölkəmizin müxtəlif rayonlarında, eləcə də doğma Neftçalamızda yanvarın 25-dən 26-na keçən gecə qanlı cinayət hadisəsi davam etmişdir. Həmin gün gecə saatlarında sovet ordusunun hissələri günahsiz insanların qatilinə çevrilmiş, nahaq qanlar tökülmüşdü. Əlbəttə ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir. Öz azadlıq istəyini tələb edən əliyalın xalqa qarşı sovet imperiyasının təpədən dırnağa qədər silahlanmış ordusunun törətdiyi qətliam heç zaman unudulmayacaq, Şəhidlərimizin xatirəsi daim yad ediləcəkdir.


Oqtay Kərimov;
Neftçala rayon ziyalısı


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

8-11-2023, 12:19

8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Bu gün, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Bu gün, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Bu gün, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Bu gün, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Bu gün, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Bu gün, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Bu gün, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Bu gün, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Bu gün, 13:16
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə