Hacıqabulda zəncirvari qəza olub.
Liderxeber.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı avtomobillə iki KIA markalı maşın toqquşub.
Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.