• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dövlət Xidməti 93 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib

Ölkə

6-01-2026, 11:27
Dövlət Xidməti 93 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 06.09.2023-cü il tarixli, 2317 nömrəli Fərmanının icrası çərçivəsində, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.

Bununla yanaşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetin yaradılması tövsiyə olunur”, - məlumatda vurğulanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

2-04-2025, 11:02

Səfərbərlik Xidmətində bu il korrupsiya ilə bağlı 39 əməkdaş barəsində tədbir görülüb

Ölkə

9-01-2025, 12:24

Keçən il SHXÇDX-nin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

Ölkə
Hökməlidə yanğın olub- Video
Hökməlidə yanğın olub- Video
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Dünən, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Dünən, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə