Xaricə qaçıb gizlənən Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Teymurov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Rəfael Piriyev və Orxan Ağayevin məhkəmə araşdırması başa çatıb.
Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan qiyabi icraat üzrə hökm oxunub.
Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14, digərlərinə 9 il müddətinə qiyabi həbs cəzası verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər çoxsaylı ağır cinayətlərin törədilməsində ittiham edilirlər.