Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.
Liderxeber.az-ın əldə etdiyi özəl məlumata görə, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.
İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.