Hüquqşünas Namizəd Səfərov həbs edilib.
Liderxeber.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında belə qərar çıxarıb.
N.Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hüquqşünas dekabrın 9-u polis tərəfindən tutulub. O, bir nəfərin 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.