• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Müşfiq Cəfərov: "Sahibkarı regionlarda işləməyə həvəsləndirməliyik"

Ölkə

20-11-2025, 12:50
Müşfiq Cəfərov: "Sahibkarı regionlarda işləməyə həvəsləndirməliyik"

"Bölgələrdə yeni iş yerləri yaratmaq üçün iş adamlarına stimullaşdırıcı addımlar atmalıyıq və daha sonra dövlət qurumlarında optimallaşmaya getməliyik".

Liderxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, müəyyən sahələrdə struktur islahatları çərçivəsində optimallaşmaya gedilirsə və ya gediləcəksə, bu işlərə regionlarda çox həssas yanaşmaq lazımdır:

"Çünki regionlarda hər bir iş yerinin dəyəri böyükdür, yeni iş yerləri yaratmaq üçün iş adamlarına stimullaşdırıcı addımlar atmalıyıq və daha sonra dövlət qurumlarında optimallaşmaya getməliyik. Biz elə etməliyik ki, regionlardan Bakıya iş üçün üz tutan insanlar öz rayonlarına, şəhərlərinə qayıtsınlar. Yalnız belə olan halda biz regionları inkişaf etdirə biləcəyik. Bakıya olan insan axının qarşısını ala biləcəyik".

Millət vəkili bildirib ki, dövlət qurumlarında struktur optimallaşması siyasəti aparılacaqsa, regionlar xüsusi həssaslıqla nəzərə alınmalıdır, bütün regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır:

"Bu paket qısamüddətli hədəflər - iş yerlərinin qorunması, yerli istehsalın genişləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi kimi məsələləri özündə əks etdirməlidir, uzun müddətli hədəflər isə - sənayeləşmə, ixrac potensialının artırılması, sənaye məhəllələrinin və ya parklarının yaradılması, artıq bir neçə rayon və şəhərlərdə bu yaradılıb, Gəncə şəhərində də biz sənaye parkının yaradılmasını arzu edirik, innovasiya və texnologiya sahələrinin regionlara gətirilməsini əhatə etməlidir.

Biz sahibkarı regionlarda işləməyə həvəsləndirməliyik. Çünki dayanıqlı iş yerlərini sahibkar yaradır və bununla da büdcə yükünü azaltmış olarıq. Bu məqsədlə vergi güzəştləri, subsidiyalar, infrastruktur dəstəyi, kommunal xərclərin optimallaşdırılması, investisiya təşviqləri genişləndirilməlidir".

Deputat əlavə edib ki, büdcə yalnız xərcləmə sənədi deyil, həm də idarəetmə mədəniyyətidir:

"Biz bir neçə il öncə qənaət rejiminə keçməli idik və indi bunu sistemli formada etməliyik. Lakin qənaət rejimi vətəndaşın sosial rifahına mənfi təsir göstərməməlidir. Əksinə, qənaət səmərəsiz proqramlardan, israfçılıqdan, korrupsiya və rüşvətxorluqdan yığılan vəsaitlər hesabına olmalıdır. Bu, büdcənin yükünü azaltmaqla yanaşı, dövlət idarəçiliyini də sağlamlaşdıracaq".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Ölkə

9-01-2025, 13:16

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Bu gün, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Bu gün, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Bu gün, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Bu gün, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Bu gün, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə