• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İtaliya-Azərbaycan münasibətləri əsl strateji tərəfdaşlıq modelidir

Ölkə

6-10-2025, 10:42
İtaliya-Azərbaycan münasibətləri əsl strateji tərəfdaşlıq modelidir

İtaliya və Azərbaycan arasında əlaqələr müstəqillikdən sonra qısa zamanda formalaşaraq bu gün əsl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında qarşılıqlı hörmət və maraqlar əsasında qurulan münasibətlər, həm ikitərəfli, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Enerji təhlükəsizliyi, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir.

Hər iki ölkənin prezidentləri, baş nazirləri və digər yüksək vəzifəli şəxsləri arasında keçirilən görüşlər və səfərlər bu münasibətləri daha da gücləndirib. İtaliya Prezidenti Sercio Mattarellanın və Möhtəəm Prezident cənab İlham Əliyevin qarşılıqlı səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər strateji tərəfdaşlıq münasibətlərinin hüquqi bazasını formalaşdırıb. Qeyd edək ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini dəstəkləyən ölkələrdən biri olmuşdur. Bu mövqe artıq keçmişdə qalmış “Qarabağ münaqişəsi”nin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinə beynəlxalq dəstəyin göstəricisidir. İtaliya-Azərbaycan münasibətlərinin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır.

Məlum olduğu kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi xüsusi əhəmiyyət daşıyır. TAP vasitəsilə Azərbaycan təbii qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya və oradan da digər Avropa ölkələrinə çatdırılır. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın enerji resurslarının Avropaya çıxarılmasında əsas tərəfdaş kimi çıxış edir. Eyni zamanda, İtaliya şirkətləri – xüsusilə “Saipem” və “Eni” – Azərbaycanın enerji sektorunda fəal iştirak edir. İtaliya, həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsində, xüsusilə neft ixracatında bu ölkə lider mövqedə dayanır. Təkcə enerji sektoru deyil, qeyri-neft məhsullarının (kənd təsərrüfatı məhsulları, tekstil, kimya sənayesi məhsulları və s.) ixracında da əməkdaşlıq genişlənməkdədir. İki ölkə arasında mədəni əlaqələr də yüksək səviyyədə inkişaf edir. Bakıda keçirilən İtaliya mədəniyyəti günləri, musiqi və incəsənət tədbirləri, sərgilər və kinofestivallar ikitərəfli əlaqələrin mədəni tərəfini zənginləşdirir.

Qeyd etməliyik ki,  hər iki ölkə arasında ən mühüm təşəbbüslərdən biri – İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Bu universitet iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni mərhələsidir. Universitet Avropa təhsil sisteminin qabaqcıl təcrübəsini Azərbaycana gətirir və iki ölkə gəncləri arasında elmi və akademik mübadiləni gücləndirəcəkdir. Sonda xüsusi qeyd edim ki, İtaliya-Azərbaycan münasibətləri əsl strateji tərəfdaşlıq modelidir. Bu əlaqələr yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyətə malikdir. Qarşılıqlı maraq, etimad və praktiki əməkdaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər gələcəkdə daha da güclənəcək və hər iki xalqın rifahına töhfə verəcəkdir.
 
Rəşid Manafov;
Neftçala rayonu

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

6-08-2025, 12:40

“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

Siyasət

30-08-2025, 17:07

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
  • 30-10-2026, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • 30-10-2026, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 30-10-2026, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • 30-10-2026, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • 30-10-2026, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • 30-10-2026, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • 30-10-2026, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • 30-10-2026, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • 30-10-2026, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • 30-10-2026, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə