Bərdədə idarəetmədən çıxan avtomobil kanala düşüb.
Liderxeber.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Elgün İdris oğlu Mustafazadənin sürdüyü “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazadənin ayağı sınıb.
Hadisə yerinə FHN-in Bərdə yanğınsöndürən bölməsinin xilasediciləri gələrək sürücünü çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Avtomobilin kanaldan çıxarılması üçün iş aparılır.