• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı oldu - Fotolar

Ölkə

1-10-2025, 14:16
NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı oldu - Fotolar

Bu gün Naxçıvan Dövlət Universitetində (NDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Universitetin birgə təşəbbüsü ilə Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.  

Liderxeber.az xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib, “İnnovativ texnologiyalar” adlı videoçarx nümayiş olunub.  

Tədbirdə rəsmi qurumların, ölkə ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin rəhbər heyəti və nümayəndələr, ziyalılar, universitetin müəllim-tələbə heyəti və digər dəvətlilər iştirak ediblər. 

Tədbiri açıq elan edən NDU-nun rektoru Elbrus İsayev ölkədə təhsil siyasətinin uğurlu icrasından, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və innovativ layihələrdən söz açıb. O, Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi baxımından dövrün tələbi, inkişaf meyarı olaraq dəyərləndirib. Eləcə də, Mərkəzin yalnız NDU üçün deyil, ümumilikdə region üçün innovativ yanaşma potensialına təkan verəcəyini əlavə edib. Rektor son dörd il ərzində ali təhsil ocağının startap uğurlarını xatırladıb:

“2021-ci ildə I Startap müsabiqəsi, 2022-ci ildə “İdeyadan Biznesə”, 2023-cü ildə ASAN Xidmət “Ekoloji Hakaton”, Robotex International, Enactus Milli Çempionatı, StartupFest Naxçıvan, 2024-cü ildə AgroChat startapı “INMerge Innovation Summit”də iştirak, IDDA Awards-da “İlin Kəşfi” nominasiyası, 2025-ci ildə   Innostart Grand Final (Bakı), İstanbul Bilişim Vadisi və digər bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan qalibliklər regional ekosistemdə NDU-nun rolunu gücləndirib”.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında ekosistemi sürətlə inkişaf edən ölkələrdə innovasiya məkanlarının aparıcı rol oynadığını ifadə edib:

“Azərbaycanın rəqəmsal gələcəyini qururuq” devizi ilə fəaliyyətimiz çərçivəsində bu gün ölkədə artıq üçüncü innovasiya mərkəzinin açılışını etdiyimiz Naxçıvan İnnovasiya Mərkəzi genişlənən innovasiya şəbəkəsinin növbəti mərhələsidir. Bu mərkəz həm də Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfədir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayıb. O, həmçinin bildirib ki, bu mərkəzlər təkcə binalar və laboratoriyalar deyil, ideyaların yarandığı, biliklərin paylaşıldığı və innovasiya mədəniyyətinin formalaşdığı məkanlardır. Fərid Osmanov: “Əməkdaşlıq bu mərkəzin əsas istiqamətlərindən biri olacaq. Universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEAM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsində yer alacaq”.

Açılış mərasimində çıxış edən Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, Naxçıvan İnnovasiya Mərkəzi dövlətimiz tərəfindən ölkəmizdə innovativ yeniliklərin tətbiqi yönündə uğurlu fəaliyyətlərin davamıdır və bura müxtəlif innovasiyayönümlü layihələr həyata keçirilməsində texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq. 

Sonra Ərzurum Texnik Universitetinin prorektoru Ceren Sultan Elmalı, Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev, İstanbul Cerrahpaşa Universitetinin professoru Aysel Ersoy, NDU-nun İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli,  Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) sədri İlhamə Cəfərli çıxış ediblər.  Natiqlər  innovasiya məkanlarının yaradılmasının innovativ təfəkkürlü yeni nəsil yetişdirmək yönündə mühüm və özünəməxsus önəm daşıdığını qeyd ediblər. 

Çıxışlar dinlənildikdən sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb, sonda xatirə fotosu çəkdirilib. 

Mərkəzin açılış mərasimindən sonra 1-2 oktyabr tarixlərini əhatə edəcək  “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfrans öz işinə başlayıb. 

Qeyd edək ki, konfrans 6 bölmədə 28 panel olaraq işini davam etdirəcək. Konfransa 500-dən çox müraciət daxil olub,  413 iştirakçının tezisi şifahi təqdimat üçün qəbul olunub ki, beləliklə 11-i xarici olmaqla 71 müəssisədən məruzəçi konfransda çıxış edəcək. Bölmə iclaslarında Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 61 müəssisədən məruzəçilər dinləniləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

25-06-2024, 15:37

Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?

Siyasət

19-06-2025, 17:23

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir

Siyasət

19-06-2025, 17:21

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir

Ölkə
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 12:34
    Ermənistanda yeni Konstitusiya layihəsi bu ay dərc ediləcək
  • Bu gün, 12:17
    Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
  • Bu gün, 11:23
    Bu istiqamətdə əlavə qatar reysləri olacaq
  • Bu gün, 10:51
    Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
  • Bu gün, 10:30
    Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
  • Bu gün, 10:00
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 09:48
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • 31-10-2026, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • 31-10-2026, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
  • 30-10-2026, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • 30-10-2026, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 30-10-2026, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə