• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Azərbaycan diplomatiyasının şanlı anı-Tarixi Zəfərin Ağ evdə təntənəsi”

Ölkə

12-08-2025, 11:56
“Azərbaycan diplomatiyasının şanlı anı-Tarixi Zəfərin Ağ evdə təntənəsi”

Azərbaycan tarixi yüksəliş yolunda inamla irəliləyir, işıqlı sabahlara böyük ümidlər vəd edir. Buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hər zaman minnətdarıq. Məhz ölkə Rəhbərinin siyasi nüfuzu və səriştəli diplomatiyası sayəsində Azərbaycan regionun etibarlı, lider dövlətinə çevrilmişdir.

Onun uzaqgörən strategiyası və milli maraqları ön planda tutan siyasəti sayəsində Azərbaycan milli qürurumuzun və gələcəyin Zəfərlərini bəxş edən diplomatiyanın uğurlarına imza atır. 8 Avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Ağ Evdə keçirilən üçtərəfli görüş bunun əyani sübutlarından biridir. ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında Ağ evdə keçirilən üçtərəfli görüş regionda sülh və əməkdaşlığın təmin olunması yolunda atılmış möhtəşəm addım olaraq tarixə düşdü. Bəli, gələcək nəsillər üçün işıqlı və sabit bir regionun təməlini qoyulurdu. Bu tarixi an Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin güclənməsinə təsir göstərdi və ölkəmizin növbəti tarixi Zəfərlərinə işıq saldı.

Üçtərəfli görüşdə əldə olunan razılaşmalar Azərbaycanın Qafqazda sülh və əməkdaşlıq prosesində aparıcı rolunu bir daha təsdiqlədi və ölkəmizi bölgənin çiçəklənməsi və inkişafında əsas dayaq olduğunu bir daha sübut etdi. Vətən müharibəsində igid oğullarımızın hünəri, şəhidlərin al qanı ilə qazanılmış şanlı zəfərimiz, Azərbaycanın diplomatik arenadakı mövqeyini daha da möhkəmləndirdi. Bu baxımdan da 8 Avqust 2025-ci ildə Ağ Evdə keçirilən üçtərəfli görüş yalnız siyasi razılaşma deyil, həm də xalqımızın hərb meydanında hünəri və şücaəti sayəsində əldə etdiyi tarixi Zəfərin diplomatik təntənəsi kimi yaddaşlarda qalacaqdır. Bu vacib görüş Azərbaycanın öz milli maraqlarının qətiyyətlə müdafiə etməsi, regionda sülhün və əməkdaşlığın təməlinin qoyulması ilə də tarixdə yaşayacaqdır. Bütün dünya möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun söz sahibi olaraq liderliyinə, güclü dövlət olaraq maraqlarının müdafiəsi istiqamətində əzminə şahidlik etdi. Beləcə şəhidlərimizin qanı ilə yazılan qəhrəmanlıq dastanı beynəlxalq səviyyədə bir daha  tanınmış oldu.

Azərbaycanın Ağ Evdəki uğurlu diplomatik təşəbbüsü regionda ölkəmizin liderlik mövqeyini və nüfuzunu bir daha təsdiqlədi. Ərazisinə və əhali sayına görə Azərbaycanın kiçik dövlət olmasına baxmayaraq, güclü iqtisadi potensiala, strateji mövqeyə, regional sülh və əməkdaşlığın əsas aparıcı qüvvəyə malik dövlət olduğunu bir daha göstərmiş oldu.  Görüş sübut etdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də bölgənin sabitliyi və rifahı üçün məsuliyyət daşıyan etibarlı tərəfdaşdır.

Həmçinin, Azərbaycanın nüfuzu, onun sülh və inkişaf istiqamətində göstərdiyi nümunəvi fəaliyyəti ilə də ölçülür və bu gələcəkdə regional inteqrasiyanın daha da güclənməsinə gətirib çıxaracaqdır. Göründüyü kimi bu tarixi görüşü sadəcə sənədlərin imzalanması ilə deyil, Azərbaycanın dünya arenasında öz sözünü deməsi, regionda liderlik mövqeyini möhkəmləndirməsi kimi əsaslandırmaq olar. 8 Avqust 2025-ci ildə baş tutan tarixi görüş Azərbaycan üçün təkcə diplomatik baxımından deyil, həm də milli iradənin, həmrəyliyin və böyük strateji zəkanın qələbəsi olaraq yadda qalacaqdır. Ağ Evin təntənəli divarları arasında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trump və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş 30 illik həsrətə, xalqların üzləşdiyii ağır sınaqlara və çətinliklərə son qoyan ümid qapısıdır. Azərbaycanın bu diplomatik uğuru, onun güclü iqtisadi potensialı, strateji mövqeyi və xalqının birliyi ilə bərabər, həm də gələcəkdə sülh və əməkdaşlıq üçün də geniş imkanlara yol açacaq, xalqlar arasında uzun illər səpilən nifrət toxumlarının cücərtisi ilə çəkilən ağrı-acılar, azərbaycanlıların torpaq, yurd nisgilini də sonlandıracaq, regionin sülhə, firavanlığa, əsasən də davamlı inkişaf və sabitliyə inam, ümid qapısıdır. Regionun iqtisadi yüksəlişi ilə bərabər, enerji və texnologiya sahəsində, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə yeni əməkdaşlıqlar yaradacaq yeni inkişaf yoludur. Haqqa göz yumulduğu, ədalətin tapdandığı 907-ci Maddəni də unutmadıq.  

Bu tarixi görüşdən əldə olunan uğurlarımızdan biri də 30 ildən çox müddət ərzində reallıqların göz yumulduğu həmin məlum Maddədən, həmçinin yalnız işğalçı tərəfin  maraqlarına xidmət edən ATƏT-in Minsk qrupundan imtinanın təmin olunmasıdır. Əlbəttə ki, bütün bu əldə olunan nailiyyətlərə Azərbaycan qazandığı gücü və qüdrət sayəsində qovuşa bildi və ölkəmizi regionda, beynəlxalq səviyyədə mövqeyini möhkəmlətdirməyi bacardı. Möhtərəm Prezidentimizin də dediyi kimi, Azərbaycanın heç bir maliyyə dəstəyinə ehtiyac yoxdur, lakin burada rəmzilik var. Qeyd edildiyi kimi Zəngəzur dəhlizi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu strateji nəqliyyat koridoru yalnız ölkəmizin regionda liderliyini möhkəmlətməklə yanaşı, həm də Qafqazın iqtisadi birliyinə və sülhə töhfə verəcək geniş perspektivlər açır, gələcək nəsillər üçün daha işıqlı və sabit bir regionun təməlini qoyur. Bu gün siyasi arenada bu nəqliyyat dəhlizi “Trump Marşrutu” adlandırıldı.

Azərbaycan üçün Zəngəzur dəhlizi olaraq daha doğmadır. Azərbaycanın ürəyi olan Naxçıvanı vətənin əsas hissəsi ilə birləşdirəcək doğma yurdumuzun bir parçasını əks etdirən Zəngəzur bizim üçün böyük mənəvi əhəmiyyət kəsb edir. Milli həmrəyliyimizin, turk dünyasının yeni simvoluna çevriləcək bu yol, yalnız coğrafiyanı deyil, böyük Turan yoluna olan inamlı qəlbləri də yaxınlaşdıracaq, gələcəyə inamı daha gücləndirəcəkdir.  Bəli, “Trump Marşrutu”-Zəngəzur dəhlizi yalnız ticari yüklərin daşınması üçün yeni marşrut olmayacaq, həm də bölgədə sülh və əməkdaşlıq üçün güclü bir simvola çevriləcəkdir.

Bu layihə, Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcək, Azərbaycanın strateji diplomatiyası sayəsində enerji resurslarının tranzitini həyata keçirməklə, regionun sülh şəraitində ortaq rifaha qovuşmasının təmin edilməsinə xidmət göstərəcəkdir. 

Nəzakət Quluqızı;
Neftçala rayonu

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

6-08-2025, 12:40

“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Mərkəzi Banka yeni səlahiyyət verilir
Mərkəzi Banka yeni səlahiyyət verilir
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Siyasət
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xəbər Lenti
  • Bu gün, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Bu gün, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Bu gün, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə