• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Paşinyanın ofisinin bəyanatını qətiyyətlə rədd edirik”

Ölkə

18-03-2025, 16:42
“Paşinyanın ofisinin bəyanatını qətiyyətlə rədd edirik”

“Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik”.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyilir.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir:

“Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təkliflərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur.

Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır.

Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq,  Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

30-05-2024, 17:59

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Siyasət
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
Bu gün, 18:15
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
HDQ-də buraxılış mərasimi keçirilib
Bu gün, 15:19
HDQ-də buraxılış mərasimi keçirilib
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Bu gün, 14:54
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
Bu gün, 14:01
Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
31-07-2026, 09:23
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
31-07-2026, 08:35
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Xəbər Lenti
  • Bu gün, 19:00
    Qaxda Aqrar Biznes Festivalı keçirilib
  • Bu gün, 18:49
    Bakıda iki marşrut üzrə avtobuslar yenilənir
  • Bu gün, 18:15
    Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
  • Bu gün, 15:19
    HDQ-də buraxılış mərasimi keçirilib
  • Bu gün, 14:54
    Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
  • Bu gün, 14:47
    8 ölkədən olan əcnəbi tələbələr Yeni Klinikada təcrübə keçiblər
  • Bu gün, 14:01
    Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
  • Bu gün, 12:13
    İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
  • Bu gün, 07:57
    Bu qidalar sizi diqqətsiz edəcək
  • 1-08-2026, 19:11
    Bakıda Metadon Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib
  • 1-08-2026, 18:05
    Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 1-08-2026, 17:00
    İyulda Maliyyə Nazirliyi 4 depozit hərracı keçirib
  • 1-08-2026, 16:31
    Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
  • 1-08-2026, 15:44
    Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
  • 1-08-2026, 15:30
    Bu restoranlarda futbol yayımı qadağan edildi
  • 1-08-2026, 13:29
    Allahverdi Yolçuyev: "Bundan sonra kalqotka satacağam"
  • 1-08-2026, 13:00
    Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq
  • 1-08-2026, 11:28
    Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır
  • 1-08-2026, 11:00
    Sosial məzuniyyət kimlərə şamil edilir? - Nazirlikdən AÇIQLAMA
  • 1-08-2026, 10:07
    Mədədəki şişkinlik hissini aradan qaldırın
  • 1-08-2026, 09:30
    Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?
  • 1-08-2026, 09:08
    Təsəvvür etdiyinizdən də faydalıdır
  • 1-08-2026, 09:00
    Kiyev ballistik raketlərlə vurulub, ölən və yaralılar var
  • 1-08-2026, 08:00
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 17:57
    Bu bankın lisenziyası ləğv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə